İlham Əliyev bu dövlət qurumunu ləğv etdi - Fərman

  • 15 yan 2016, 19:18
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.

Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər