"Vasmoy"da onlarla binanın suyu kəsildi

  • 08 dek 2015, 22:21
Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yaşayış binalarına verilən su   kəsilib. 

Artıq iki saatdır ki, yüzlərlə ailə susuz qalıb. Suyun kəsilməsinə səbəb kimi su xətlərində baş vermiş qəza göstərilir.
 
"Azərsu"ASC-nin qaynar xəttindən  bildirilib ki,  Nizami rayonu, R.Rüstəmov ünvanında  bina 8-dən bina 50-yə qədər olan bütün binaların su təminatı dayandırılıb. 16 saylı su idarəsin tərəfindən təmir işləri aparılır, qəza aradan qaldırılır.

Su verilişinin nə zaman bərpa olunacağına gəlincə, bu barədə dəqiq məlumat verilməyib.