Əli Abbasov Baş Prokurorluqda ifadə verdi?

  • 13 noy 2015, 19:00
Dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə yerli informasiya portalları məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı dərinləşdiriləcək.

Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

V.Zeynalovun özü isə "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi.
Oxşar xəbərlər