Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:46 - 20.11.2019  
DƏHŞƏTLİ QƏZAYA GÖRƏ MƏSULİYYƏT (?) – Narkoman sürücü, yoxsa “Azərbaycan Dəmir Yolları”? (VİDEO)
Tarix: 3-10-2018, 05:03 | Bölmə: Xəbərlər » Ölkə içi

Məlum olduğu kimi, oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli qəza baş verib. Təxminən saat 14:00 radələrində 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu ilə qatar toqquşub.

DƏHŞƏTLİ QƏZAYA GÖRƏ MƏSULİYYƏT (?) – Narkoman sürücü, yoxsa “Azərbaycan Dəmir Yolları”? (VİDEO)Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan 2 nəfəri – Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. 20 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ancaq hələ araşdırmanın nəticəsi elan olunmamış qəzaya görə avtobusun sürücüsü günahkar elan olunub. Ağır qəza törədən avtobus sürücüsünün narkoman olduğu, bundan əvvəl də qəza törətdiyi üçün həbsdə "yatdığı” bəyan edilibBununla, sanki kimlərsə hadisənin bütün məsuliyyətini sürücüyə "yükləmək” istəyir.  Əlbəttə, qəzada əsas günahkarın sürücü olduğu mübahisə doğurmur. Ancaq hələlik 2 nəfərin ölümü ilə (5 nəfər reanimasiyada ağır vəziyyətdədir-red.) nəticələnən bu dəhşətli qəzanın tək günahkarı sürücü deyil.

Həmin sürücünü işə götürən "Ayşən” MMC-nin rəhbərliyi də, qatarın hərəkəti zamanı yolun bağlanmasını təmin etməyən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri də ən azı sürücü qədər məsuliyyət daşıyırlar. Bəlkə də kiminsə məsuliyyət payı hətta daha çoxdur, amma bunu istintaq üzə çıxarmalıdır.

Maraqlıdır ki, hadisdən sonra mətbuata açıqlama verən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır”.

Ancaq bu gün yayılan və qəzanın baş verdiyini anbaan əks etdirən videoda şlaqbaumun olmadığı görünür. Videoçəkilişdən açıq görünür ki, dəmir yoluna giriş şlaqbaumları bağlı olmayıb. Ən azı avtobusun hərəkət etdiyi istiqamətdə şlaqbaum görünmür. Ancaq qəribə də olsa "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir.  Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BakuPost-a açıqlamasında deyib ki, həmin görüntülərə baxış keçirilib. Amma görüntü keyfiyyətsiz olduğundan şlaqbaumun açıq və ya bağlı olduğunu müəyyən etmək mümkün olmayıb. O, şlaqbaumların nazik olduğunu qeyd edib: "Ona görə də uzaqməsafəli çəkilişdə şlaqbaumlar görünməmiş ola bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Araşdırma aparılır”.

Göründüyü kimi, videodan şlaqbaumun bağlı olmadığı açıq şəkildə göründüyü halda "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir. Halbuki, bunu müəyyən etmək elə də çətin deyil. Hadisənin çoxsaylı şahidləri var, avtobusda 40-dan artıq sərnişin olub, onlardan öyrənmək olar.

İkincisi,  şlaqbaum bağlı olsaydı, yolda hərəkət edən avtomobillərdən ən azı biri orada dayanmış olardı. Ancaq videodan görünür ki, həmin yerdə digər avtomobillər qarşıda heç bir maneə görmədiklərindən  sərbəst hərəkət edirlər.

Üçüncüsü, şlaqbaum əgər bağlı olsaydı və hətta sürücü buna rəğmən avtobusu hərəkət etdirsəydi, şlaqbaumu qırıb keçməli idi. Ancaq videodan avtobusun asta sürətlə heç bir maneəyə toxunmadan hərəkət etdiyi aydın görünür.

Fikrimizcə, "Azərbaycan Dəmir Yolları” QSC-nin  şlaqbaumun bağlı olmamasını qəbul etməməsi heç də təsadüfi deyil.

4s

Məsələ ondadır ki, şlaqbaumun bağlı olmaması qəzada "Azərbaycan Dəmir Yolları” QSC-nin də məsuliyyətini yaradır. Bu isə qəza zamanı həyatını itirənlərin, eləcə də xəsarət alanların, həmçinin avtobusun aid olduğu şirkətin  "Azərbaycan Dəmir Yolları” QSC-yə böyük həcmdə kompensasiya iddiaları qaldırmalarına əsas verir. Hətta Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə belə, beynəlxalq məhkəmələr Cavid Qurbanovun idarəsinə vətəndaşlara böyük həcmdə cərimə ödətdirə bilər. Baxmayaraq ki, heç bir cərimə itirilən həyatları geri qaytarmır.

AzPolitika.info

Xəbər 1657 dəfə oxunub






Oxşar xəbərlər

"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36297] initstartout [0.00029] initstartin [0.00138] calstart [0.01645] calend [0.00100] topnewsend [0.00753] rsssend [0.00000] ehgend [0.02780] tagsstart [0.00117] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30729]