Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:13 - 23.02.2019  
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Tarix: 19-09-2018, 08:38 | Bölmə: Xəbərlər » Ölkə içi

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı yeni müzakirələr başlayıb. Sadə vətəndaşlarla yanaşı ekspertlər və hətta deputatlar da bu müzakirələrdə fəal iştirak edirlər.

ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…Əlbəttə, tikintisi 2009-cu ilin ortalarında tamamlanan və təxminən 700 milyon manata başa gələn yolun istismara verilməsindən 9 il sonra tamamilə sıradan çıxması (3 il keçməmiş dağılmağa başlamışdı -müəl.), üzərindən sükutla keçiləsi hadisə deyil. Bu, açıq-aşkar külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən və ya səmərəsiz xərclənməsindən xəbər verir.

Yəni, yolun qısa müddətdə tam dağılması tikinti zamanı korrupsiyanın – total mənimsəmənin baş verdiyinə dair ciddi şübhələr yaradır. Buna görə araşdırma aparılmalı, məsuliyyətə cəlb edilənlər olmalıdır. Ancaq hələlik hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirdiyindən, günahkarlar ancaq mətbuatda və sosial şəbəkələrdə ittiham olunur.

Media orqanları, eləcə də məsələyə münasibət bildirən ekspertlər, deputatlar isə 700 milyonluq yolun dağılmasına görə məsuliyyəti birmənalı şəkildə o dövrdə nəqliyyat naziri işləyən Ziya Məmmədovun üzərinə qoyur, onu ittiham edirlər. Bu da təsadüfi deyil.

ziya1-1
Əvvəla, bu yolun tikintisi üçün vəsait məhz Nəqliyyat Nazirliyinə ayrılıb. Tikintini həyata keçirən "Azəryolservis” ASC isə Nəqliyyat Nazirliyinin tabeliyində idi. Belə ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna 2005-2010-cu illərdə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb.Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Yəni, pulun necə xərclənməsinə nəzarət Ziya Məmmədov tərəfindən həyata keçirilib.

İkincisi, yol 2009-cu ildə istifadəyə verilən zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya yolunun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra – 2012-ci ildə yol sıradan çıxmağa başladı, 9 il sonra isə tam dağıldı. Ona görə də, ictimaiyyət haqlı olaraq bu yolun belə tez dağılmasına görə Ziya Məmmədovun cavab verməli oduğunu düşünür. İnsanlar Məmmədovun bəzi suallara cavab verməsini istəyir: Niyə 30 il istifadə olunacağını dediyiniz yol 3 ilə dağıldı? O vədi verəndə yolun davamlılığını yoxlamışdınızmı? 700 milyonun neçə faizi "yeyilib” ki yol belə tez dağıldı və sairə.

1457677717_road_repair_110316__1

Ancaq bu suallara cavab verməli olan yalnız Ziya Məmmədov deyil. Hətta dərindən araşdırılsa, bəlkə də bu "bahalı yolun” belə tez dağılmasına görə Ziya Məmmədov faktiki məsuliyyət daşıyanlar arasında heç də ön sıralarda olmayacaq. 

Əlbəttə, bununla Ziya Məmmədovun günahsız olduğunu iddia etmək fikrindən uzağıq. Ziya Məmmədovun "ŞİŞİRTMƏ” sahəsindəki "istedadından” hələ uzun illər danışılacaq.  Hörmətli Ziya müəllim 5 manatlıq layihəni 500 manata rəsmiləşdirməkdə, hətta sonradan bunu «özünəməxsus» şəkildə «əsaslandırmaqda» heç bir problem görməyən nadir nüsxələrdəndir.

2ae191435735876_1

Sabiq nazirin təkcə əvvəllər də mövcud olmuş Bakı-Aeroport yolunun yenidən tikintisi zamanı hər kilometrə görə 34 milyon dollar "xərcləməsi” (bəlkə də silməsi yazmalıydıq-müəl.) və bu fantastik qiyməti ərazinin relyefi, işçi qüvvəsinin dəyəri ilə "əsaslandırması” (sanki Himalay dağlarından isveçrəlilərə yol çəkdirib) dediyimizə əyani sübutdir.

Ancaq Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi ilə bağlı məsuliyyəti yalnız Ziya Məmmədovun üzərinə qoymaq ədalətli deyil. Məsələ ondadır ki, həmin dövrdə tikintiyə birbaşa nəzarəti, adı son illərdə müəmmalı şəkildə bir neçə dəfə dəyişdirilən, hazırki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinın sələfi olan "Azəryolservis” ASC həyata keçirirdi. 2003-cü ildən 2015-ci ilə qədər isə həmin quruma hazırda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri işləyən, milət vəkili Cavid Qurbanov rəhbərlik edib.

1533637913_1440658104_azeryol-se0

Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi də məhz Cavid Qurbanovun "Azəryolservis” ASC-yə rəhbərlik etdiyi dövrdə, birbaşa onun nəzarəti altında həyata keçirilib. Yəni, 700 milyonluq yolun qısa müddətdən sonra dağılmasına görə hörmətli Cavid Qurbanovun heç də Ziya Məmmədovdan az məsuliyyət daşımadığını söyləmək olar. Bunu Cavid Qurbanovun özü də dolayısıyla etiraf edib.

O, 2015-ci ildə jurnalistlərə açıqlamasında Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi zamanı "səhvə yol verdiklərini” bildirib. Sitat: "Bakı-Quba yolunun çəkilməsində bizim səhvlərimiz olub. Bunu boynumuza almalıyıq. Birincisi, texnikaya düzgün əməl olunmayıb. İkincisi, ağır tonnajlı maşınların yükgötürmə qabiliyyəti normalarına riayət edilməyib. Bunları etiraf edirik”.

Başqa bir müsahibəsində isə, Cavid Qurbanov 30 il istismar müddəti qoyulan Bakı-Quba-Rusiya avtomobil yolunun qısa müddətdən sonra dağılmasını təcrübəsizliklə bağlayıb: "Hər yerdə keyfiyyətdə müəyyən nöqsanlar ola bilər. Bakı-Quba yolu birinci dəfə idi tikilirdi. Ona görə də, təcrübəmiz yox idi… Səhvlər tikinti zamanı görülən işlərlə bağlıdır. Bu ehtiyatsızlıq, vaxt gözlənilməməsi ilə bağlıdır. Bu da təcrübəsizlikdən irəli gələn bir şeydir”.

15243849853976822071_554x360

Göründüyü kimi, Cavid Qurbanov dolayısıyla da olsa Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmasına görə rəhbərlik etdiyi qurumun məsuliyyət daşıdığını etiraf edib. Düzdür, yolun belə tez dağılmasında eyni zamanda yük daşıyan maşınların normadan artıq yüklənməsinin də payı olduğunu bildirib: "Heç kəsi başa salmaq olmur ki, maşınlara bu qədər yük vurmayın… Dünyada, o cümlədən, Azərbaycan yollarında avtomobillərin maksimum yükgötürmə qabiliyyəti 12 ton nəzərdə tutulub. Amma bizdə reallıqda maşınlar 30 tondan çox yük aparırlar. Hər gün Azərbaycanda minlərlə "Shagman” normadan iki dəfə artıq yük daşıyır. Onları başa salmaq olmur ki, bu yol sənin yolundur, onu özün qorumalısan”.

Ancaq, əvvəla, bir kilometri 8-9 milyon dollara qədər şişirdilmiş smeta ilə yolu çəkəndə düşünmək lazım idi ki, buradan təkcə nəqliyyat boslarına məxsus avtomobillər yox, həm də yük avtomobilləri keçəcək. Ölkədə tikinti sektoru dinamik inkişaf edirsə, onda yüklərin daşınması təbiidir.

İkincisiyük maşınının tutumu nə qədərdirsə, o qədər də yük götürür. "Azəryolservis”in borcu idi ki, yolun tikintisində bunu nəzərə alsın.

elmeddin-muradliElə ekspert Elməddin Muradlı da yük maşınlarının yolu dağıtmasının bəhanə olduğunu açıqlayıb: "Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunun neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki, bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun… Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi… Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir… Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib”.

Göründüyü kimi, ekspert yolu Cavid Qurbanovun iddia etdiyi kimi ağır tonnajlı maşınların deyil, korrupsiyanın dağıtdığı qənaətindədir. Bu korrupsiyada kimin nə qədər payı olduğunu isə hüquq-mühafizə orqanları ortaya çıxarmalıdır…

1526922525_1526907595_10

Ancaq bu zaman eyni zamanda yolun beton örtüyünün tikintisini həyata keçirən "AKKORD” Şirkətlər Qrupu da dıqqətdən kənarda saxlanılmamalıdır.

Məsələ ondadır ki, bir neçə il əvvəl "Olaylar” İA-nın yaydığı məlumata görə, Bakı-Quba-Rusiya yolunun 134,5 kilomterinin məhz "Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilməsi qərara alınıb. Həmin yolun 70 il davamlı olacağı bəyan edilibYolun həmin hissəsinin tikintisi üçün şirkətə 147 milyon manat ödənilib. Ancaq şirkət işləri keyfiyyətlə və tam şəkildə yerinə yetirməyib. Belə ki, məlumata görə, layihədə yolun beton örtüyünün xüsusi istilik sistemilə quraşdırılması nəzərdə tutulsa da, bu ideya reallaşmayıb və elə adi beton örtüklü yol çəkilərək istifadəyə verilib.

Açılışdan bir il sonra isə "AKKORD”un inşa etdiyi bu yolda iri çatlar əmələ gəlməyə başlayıb. Çökmələr əvvəl yolun Bakı-Sumqayıt hissəsində, sonra Siyəzən rayonundan keçən ərazisində baş verib. Araşdırma zamanı məlum olub ki, beton yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub. Buna görə də yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çöküb. Çökən hissələr qazılıb, yolun beton döşəməsinin altına armatur toxunmalar tikilib və sonradan ərazi yenidən betonlanıb. Bu əməliyyat yolun çökmüş və çökməkdə olan 15-20 yerində aparılmışdı. Amma problem bununla bitmədi. "AKKORD” həmin yolu bütünlüklə armatur toxumalarla tikmədiyi üçün magistralın digər hissəsində çökmələr başladı. Və qısa müddət sonra beton yol tamamilə sıradan çıxaraq, indiki vəziyyətə düşdü. Uzun müddət idi ki, yolda betondan əsər-əlamət belə qalmamışdı.

1465457955sequence 01.still001_374

Yəni, dünyanın ən bahalı yollarından biri hesab edilən Bakı-Quba-Rusiya yolunun normal istismar müddəti heç 5 il belə çəkmədi. Ancaq qəribə də olsa, Azərbaycan dövlətinə 700 milyona başa gələn bu yolun dağılmasına görə heç kim məsuliyyətə cəlb olunmayıb. Ziya Məmmədov işdən çıxıb biznesi ilə məşğuldur, Cavid Qurbanov "səhv etmişik” deyib məsələni qapadıb, "Akkord”un isə heç adını da çəkən yoxdu.

Nə gözəl məmləkətdir, deyilmi?

Murad Məmmədov
AzPolitika.info

Xəbər 1307 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14809] initstartout [0.00018] initstartin [0.00084] calstart [0.00857] calend [0.00066] topnewsend [0.00344] rsssend [0.00000] ehgend [0.00752] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12623]