Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:39 - 19.06.2018  
Aprel müharibəsinin ildönümündə müharibə xəbərdarlıqları
Tarix: 2-04-2018, 11:36 | Bölmə: Xəbərlər » Ölkə içi

Bu xəbərdarlıqların əsas ünvanı bəlli - ədalətli sülhdən qaçan işğalçı ölkə; alman telekanalı ZDF: "Ermənistanın gələcəyi yoxdur...”

Bu gün "4 günlük” aprel savaşının başlanmasından iki il ötür. İki il öncə işğalçı qüvvələrə ağrılı bir qulaqburması verilməsinə rəğmən, təəssüf ki, keçən iki illik zaman kəsiyində unikal fürsət ola-ola Qarabağ konfliktinin həlli yerindən tərpənmədi. "Qarabağ yükü” 2016-cı ildə harada idisə, yenə də ordadır - təbii ki, ən çox vasitəçi dövlətlərin apreldən sonra da məsələyə ciddi yanaşmaması, işğalçını öz adı ilə çağırmaq istəməməsi nəticəsində.

Nəticə etibarilə iki il öncəki kimi, indi də müharibə riski böyük olaraq qalır. Hər necə olmasa, Azərbaycan sonsuzadək statu-kvo ilə, yəni işğal rejimi ilə barışmaq niyyətində deyil. İşğal rejimi ilə, status-kvo ilə barışmaq işğalla barışmaq deməkdir.

****

"Əgər danışıqlara ciddi şəkildə getməsə və Ermənistan qısa müddət ərzində ərazilərimizi boşaltmasa, müharibə qaçılmaz olacaq”. Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri, uzun müddət sülh danışıqlarının içində olmuş Tofiq Zülfüqarov deyib (Axar.az). Onun sözlərinə görə, Azərbaycan artıq bu yanaşmasını gizlətmək də istəmir."Keçirilən genişmiqyaslı hərbi təlimlər və son zamanlar alınan müasir silahlar məhz Azərbaycanın müdafiə imkanlarının daha da genişlənməsinə hesablanıb... İki il öncə problemin sülh yolu ilə həllinə ümidlər var idi. Məqsəd itki vermədən həqiqəti və ədaləti bərpa etmək idi. Ancaq ermənilərin siyasəti buna imkan yaratmır. Azərbaycanın Dağlıq Qarabağı yaddan çıxaracağını və ya torpaqlarını kiməsə bağışlayacağını gözləyənlər yanılır. Azərbaycan güclənib, yeri, zamanı gələndə və əlverişli şərait yarananda güc tətbiq edərək ərazi bütövlüyünü təmin edəcək”, - deyə eks-nazir qeyd edib.

Bu arada, daha doğrusu, ötən həftəsonu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş Türkiyəyə çoxgünlük səfər edib. Xəbər verdiyimiz kimi, Ankarada Zakir Həsənovu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Bu, şəksiz ki, iki qardaş ölkə arasında həbi sahədə əməkdaşlığa, Azərbaycanın hərbi cəhətcə daha da qüdrətlənməsinə Türkiyə dövləti və rəhbərliyinin verdiyi böyük önəmin təzahürüdür. 

Azərbaycanın müdafiə naziri həmçinin, Türkiyədə baş tutan Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Sözsüz ki, səfər ən əvvəl Türkiyə və Azərbaycan arasında hərbi sferada əlaqələri daha da sıxlaşdırmaq məqsədi güdüb. Məsələn, səfər çərçivəsində Zakir Həsənov həmçinin, pilotsuz uçuş aparatları istehsal edən "Baykar Makina” şirkətində olub, müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib. Azərbaycanın aprel blits-hərbi zəfərinin ikinci ildönümü ərəfəsində Azərbaycan müdafiə nazirinin son səfərin həm də simvolik əhəmiyyət daşıyır.

"Zakir Həsənovun Azərbaycanın əsas siyasi, iqtisadi, təhlükəsizlik tərəfdaşı olan qardaş ölkəyə səfəri çox vacib bir hadisədir. Azərbaycan müdafiə sahəsində Türkiyə ilə əməkdaşlıq üçün bütün imkanlarını istifadə etmək niyyətindədir ki, öz təhlükəsizlik və müdafiə imkanlarını, potensialını artırsın. Türkiyə bu proseslərdə hər zaman Azərbaycanın yanındadır. Bu baxımdan sözügedən əməkdaşlıq təbii prosesdir. O ki qaldı Türkiyənin Ermənistan-Azərbaycan konflikti ilə bağlı mövqeyinə, son zamanlar çox faydalı, əsaslı və qəti bəyanatlar səslənir. Bu, Azərbaycan və dünya ictimaiyyəti üçün bir siqnaldır. Ona görə də bu səfəri çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərin yüksək dəyərini hamı yekdilliklə anlayır”. Bunu da səfəri şərh edən Tofiq Zülfüqarov mətbuata açıqlamasında deyib. 

Aprel müharibəsinin ildönümündə müharibə xəbərdarlıqları

 

*****

Əlbəttə, böyük Qarabağ müharibəsi olmaya da bilər, əgər işğalçı tərəf, nəhayət, "daşı ətəyindən töksə”, Qarabağ məsələsində ədalətli mövqe tutsa. Bunu ən əvvəl elə Ermənistanın daxili durumu, ağır iqtisadi vəziyyəti və blokada rejimi, ölkədən davam edən kütləvi köç diktə edir.

Bu arada Almaniyanın nüfuzlu ZDF İctimai Televiziyası Ermənistanla bağlı sərt reallıqlar haqda reportaj yayımlayıb. "Genosid, Dağlıq Qarabağ müharibəsi - bu, adamların Ermənistanla əlaqələndirdikləri mövzulardır. Ancaq gündəlik həyat hər şeyə dominantlıq edir: korrupsiyalaşmış həyat, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkədən qaçır”. "Yeni Müsavat”ın məlumatına görə, bu haqda Volfqanq Tsimmermanın işğalçı ölkədən hazırladığı reportajda deyilir.

Alman televiziyası Ermənistandakı korrupsiya və seçkilərin saxtalaşdırılması kimi aktual mövzulardan da yan keçməyib. "Transparensy İnternational”ın indeksində Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb. Ölkənin iqtisadiyyatı cəmi bir neçə oliqarxın əlindədir. Kimlər ki, hakim elitanın nümayəndələrinin qohumu və ya dostu deyil, o, çətin ki, biznesdə şanslı olsun. Üstəlik, ölkədə məhkəmə sistemi müstəqil deyil, asılıdır. Dövlət özbaşınalığı ilə çulğalaşıan perspektivsizlik nəticəsində gənclər kütləvi şəkildə ölkədən qaçır. Nə qədər adam çıxıb gedir, bunu yalnız təxmini bilmək olar: hökumət bu rəqəmin ildə 30-40 min olduğunu deyir. Əsas kütlə Rusiyaya üz tutur. SSRİ-nin çöküşündən sonra Ermənistan 16-30 yaş arası 1 milyondan çox sakinini (əhalisinin 1/3-ni), demək həm də gələcəyini itirib" - müəllif qeyd edir.

Daha sonra telekanal qeyd edir ki, bütün bunlar erməni hökumətini, belə görünür ki, qayğılandırmır. "Ola bilsin kütləvi köç hətta hakimiyyətin əlinə işləyir - axı, yaxşı təhsil almış gənclərin simasında ölkədən həm də potensial inqilabçılar yoxa çıxır. Kim ki, etiraz edir - belə görünür ki, etiraz nümayişinə çıxmır, sadəcə, ölkəni tərk edib gedir” - reportajda vurğulanır.

ZDF həmçinin, Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması üzündən Ermənistanın geostrateji vəziyyətini "dəhşətli yuxu” adlandırıb.

Xəbər 1753 dəfə oxunub






Oxşar xəbərlər

"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10271] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00706] calend [0.00041] topnewsend [0.00307] rsssend [0.00000] ehgend [0.00564] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08532]