Kəmaləddin Heydərov səfir göndərilir?

  • 18 iyul 2017, 18:42

"Nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra fövqalədə hallar nazirliyində yeni problemlər yaranıb". 

Belə bir iddia ilə 10may.az saytı çıxış edib. Sayt iddia edir ki, FHN-in səlahiyyətlərinin ARDNŞ və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. 

Kəmaləddin Heydərova gəldikdə, saytın iddiasına görə, onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir. Həmçinin nazirin 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun "Gilan Holding"dən imtina etdiyi bildirilir.

13:13

FHN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 365.Az-a verilən açıqlamada yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirilib: "Biz həmişəki və normal rejimdə fəaliyyət göstəririk".

Nazirlər Kabineti aparatının əməkdaşı Məhsəti xanım da 365.Az-a açıqlamasında da FHN-in ləğvi və ya səlahiyyətlərinin digər qurumlar arasında bölünməsi haqqında xəbərləri "şayiə" adlandırıb.

Demokratik.Az

Oxşar xəbərlər