Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:13 - 18.06.2019  
“MƏSƏLƏ ÇOX CİDDİDİR...” - Vahid Əhmədov
Tarix: 10-02-2017, 21:07 | Bölmə: Xəbərlər » Müsahibə

“MƏSƏLƏ ÇOX CİDDİDİR...” - Vahid Əhmədov

 

Son günlər uzunmüddətli ucuzlaşmadan sonra milli valyuta möhkəmlənməyə başlayıb. Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birgə keçirdiyi hərraclarda manatın rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub.

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dolların ucuzlaşmasından sonra ölkədə yaranmış vəziyyətlə bağlı BakiPost.az-ın suallarını cavablandırıb.

 

- Vahid müəllim, manat gözlənilmədən bahalaşmağa başladı. Bundan sonra dolların bahalaşmasına görə, qiyməti qaldırılan məhsulların ucuzlaşması gözlənilsə də, bu, baş vermədi. İndi hər kəs sual edir ki, xaricdən idxal edilən "Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində niyə azalma olmur? Sizcə bu, nə ilə bağlıdır? 

 

- Dolların qiyməti düşürsə, dollarla alınıb Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olmalıdır. Amma mənim yadıma gəlmir ki, belə hadisələr baş versin. Məsələn, bizdə yanacağın qiyməti qalxan kimi bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri də artır. Lakin vəziyyət dəyişəndən sonra heç vaxt qiymət azalmasını görməmişəm. İndi də eyni vəziyyətdir. Dollar müəyyən qədər ucuzlaşıb. Amma qiymətlərdə ucuzlaşma görmürəm. Heç bundan sonra görən də deyiləm. Çünki ümumiyyətlə, hazırda olan vəziyyətin, hətta tənzimlənən qiymətlərə də heç bir təsiri yoxdur. Məsələn, dərmanların qiyməti elə bir həddə çatıb ki, insanların çoxu üçün əlçatmaz olub. 

 

Qeyri-ərzaq məhsullarının qiymətində də eyni vəziyyətdir. Yəni belə bir vəziyyətdə qiymətləndirmənin ümumiyyətlə, obyektiv və subyektiv hissələri var. Obyektiv qiymətlər odur ki, Azərbaycana xaricdən gətirilən o malların müəyyən komponetləri var. Subyektiv tərəf odur ki, məhsullar xaricdən dollarla gətirilirsə də, dollar ucuzlaşan kimi deməli, qiymətlər də aşağı düşməlidir, amma bu, Azərbaycanda baş vermir. 

 

- Bu işlə kimlər məşğul olmalıdır? 

 

- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərlə məşğul olmalıdır. Ümumiyyətlə, belə vəziyyətdə bəzi qiymətlərin tənzimlənməsinə çox böyük ehtiyac var. Çünki belə olmasa, əlbəttə qiymətlər aşağı düşməyəcək. Bu, gözlənilən deyil. 

 

- Bir çox iqtisadçılar martın ortalarından dolların yenidən bahalaşacağını deyirlər. Bu, gözləniləndir?

 

- Əlbəttə ki, manatın bahalaşması müvəqqəti hal daşıyır. Çünki manatın möhkəmlənməsi üçün bunun arxasında müəyyən məqamlar olmalıdır. Məsələn, tələb, təklif, ixrac, idxal əməliyyatları və neftin qiyməti.... Düzdür, müəyyən qədər idxalın üzərində işləyirlər ki, azalsın, ixrac çoxalsın. Amma bu vaxt tələb edən məsələlərdir. Ona görə də hesab edirəm ki, dolların ucuzlaşması müvəqqəti haldır. Müəyyən müddətdən sonra yenidən manatın ucuzlaşması, dolların bahalaşması hadisəsi baş verəcək. 

 

– Belə olan halda, yəni dolların yenidən bahalaşmasından sonra yenidən bütün məhsulların qiymətlərində artım ola bilər? 

 

- Bu qiymətlərlə bağlı məsələ çox ciddidir. Mən bu qiymətlərlə bağlı məsələdən çox narahatam. Çünki özüm də marketlərdən alış-veriş edən zaman bunların şahidi oluram. Ona görə də qiymətlərin bu səviyyədə buraxılması və heç bir nəzarətin olmaması çox ciddi məsələdir. Hökumət bu barədə çox ciddi şəkildə fikirləşməlidir. Qiymətlərin qalxması çox ciddi fəsadlara səbəb ola bilər. 

 

- Hazırda ölkədə siqaretlə bağlı müəyyən problemlər var. Siqaret qıtlığı olduğu üçün marketlər və mağazaların hər biri siqareti müxtəlif qiymətlərə satır. Bunun səbəbi nədir? 

 

- Siqaretlə əlaqədar məsələ tamamilə başqadır. Azərbaycanın özü siqaret istehsal edir. Fabrikimiz var. Amma xaricdən Azərbaycana çoxlu siqaret gətirirlər. Burada məsələ çox ciddi olduğu üçün bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Mənim aldığım məlumata görə, Azərbaycana açıq şəkildə müəyyən qədər siqaret gətirilir. Hesab edirəm ki, siqaretin belə satışında ciddi problemlər yaranır. Ona görə də bu məsələni hüquq-mühafizə orqanları və İqtisadiyyat Nazirliyi araşdırmalıdır ki, niyə siqaretin qiyməti belə bir vəziyyətə gəlib çatıb. Araşdırmaq lazımdır ki, niyə siqaret ayrı-ayrı yerlərdə müxtəlif qiymətlərə satılır. 

 

- Belə çıxır ki, deyildiyi kimi, Azərbaycanda qiymət siyasəti lazımi səviyyədə deyil... 

 

- Ümumiyyətlə, qiymət siyasəti Azərbaycanda bu dəqiqə ən diqqət çəkən məsələlərdən biridir. Bu qiymət siyasətinə baxmaq lazımdır. Biz deyirik ki, qiyməti bazar tənzimləyir. Amma bazar o vaxt tənzimləyir ki, bazarda kifayət qədər mal olsun və rəqabət olsun. Biz hələlik bu rəqabəti görmürük. Rəqabət də olmadığı üçün istənilən malı istədikləri qiymətə qoyub satırlar. 

 

Sevinc Yasinqızı

 

Xəbər 2247 dəfə oxunub






Oxşar xəbərlər

Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17068] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00820] calend [0.00044] topnewsend [0.00375] rsssend [0.00000] ehgend [0.00563] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15134]