"Ermənilər 31 fərdi yaşayış evini dağıdıb"

  • 04 apr 2016, 09:09
"Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb".

Bunu "Report"a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: "Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir".
 
Demokratik.Az
Oxşar xəbərlər