AFBİA-dan açıqlama

  • 10 mart 2016, 19:31
"Azərbaycan Fond Birliyi Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyi qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının Assosiasiyası olaraq, rəsmi internet səhifəniz Bizimyol.info-da 21 Yanvar 2016-cı il tarixində yayımlanan "50 dollar pulsuz bonusla Microseftun səhmləri ilə ticarət edib evinizdən pul qazanın" başlıqlı məqaləniz və bu tip digər məqalələriniz üzrə aşağıdakıları nəzərə almağınızı xahiş edirik:

Məqalədə göstərilən məlumatlar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən inverstiya tədqiqatı sayılır. Bu baxımdan məqalədə yayımlanan məlumatlar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda və "Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları aşıqlaması" Qaydasında göstərilən şəxslər tərəfindən hazırlana və yayımlana bilər. Qeyd olunan Qanun və Qaydalara əsasən isə inverstisiya tədqiqatları yalnız inverstisiya xidməti üzrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun lisenziyaya malik olan İnverstisiya Şirkətləri və digər müvafiq şəxslər tərəfindən hazırlana bilər. Lakin məqalədə yayımlanan məlumatlar Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq heç bir lisenziyaya malik olmayan, hətta fəaliyyəti ölkəmizdə qadağan edilən "Lider Forex" şirkəti tərəfindən təqdim edilib.

Digər tərəfdən yazıda qeyd olunan "Fərq müqavilələri üzrə ticarət" (CFD) Marja ticarətinə daxildir və bu xidmət üzrə bütün fəaliyyət "Qiymətli kağzlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qiymətli kağızlar bazarında marja ticarətinə dair" Qaydalara uyğun olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir. Lakin " Lider Forex" şirkəti Marja ticarəti üzrə Azərbaycan Respublikasının nüvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərmir və heç bir mvafiq lisenziyaya malik deyil. Hətta müvafiq xidmətləri ölkəmizdə qanunsuz olaraq vətəndaşlarımıza təqdim etdiyi, ölkəmizdə qanunsuz fəaliyyət göstərdiyi üçün "Lider Forex" şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə verilib.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən inverstisiya fəaliyyətləri, inverstisiya tədqiqatları və qiymətli kazğızlar bazarında bu kimi digər fəaliyyətlər üzrə məqalələr yayımlayarkən qeyd etdiyimiz amilləri nəzərə almağınızı, qiymətli kağızlar bazarında mövcud qanunvericiliyə uyğun lisenziyaya malik olan İnverstisiya Şirkətlərilə sıx əməkdaşlıq etməklə ölkəmizin qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi üçün yardımçı olmağınızı xahiş edirik.
Oxşar xəbərlər