Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:13 - 23.08.2019  
"Paşayev kimdi, buranın lotusu mənəm" - MÜSAHİBƏ
Tarix: 27-05-2019, 09:10 | Bölmə: Xəbərlər » Müsahibə

Futbol veteranı, SSRİ idman ustası Asəf Namazovun Sport7.az saytına müsahibəsi
"Paşayev kimdi, buranın lotusu mənəm" - MÜSAHİBƏ- Futbola başladığınız illəri necə xatırlayırsınız?
- 1952-ci ildə Bakı şəhərində anadan olmuşam. 1961-ci ildə Toğrul Hacıyevin rəhbərliyi altında  "Dinamo" cəmiyyətində futbola başlamışam. 8 il bu komandada oynadıqdan sonra, 1970-ci ildə Sumqayıtın "Polad" komandasında çıxış etmişəm.
1967-ci ildə 15 yaşlılardan ibarət millidə gənclərarasında SSRİ çempionatında bürünc medal qazanmışam. 1969-cu ildə isə SSRİ-nin 17 yaşlılardan ibarət yığma komandasının təlim-məşq toplanışında olmuşam. 
SSRİ vaxtı idman təşkilatı perspektivli cavanları yoxlanışa yığardı. Adı da "Preprava" idi. Oradan 71-ci ildə məni "Neftçi"nin əvəzedici heyətinə götürdülər. 1 il əvəzedicilər heç,  11 il bu komandanın şərəfini qorumuşam. Biz pis vaxta düşdük. Həmin illər "Neftçi"nin pis illəri idi. Heyəti çox güclü olsa da, 72-ci ildə yüksək dəstəni tərk etdi. Ancaq rəhbərlik çox zəif idi. Ələkbər Məmmədovun vaxtı idi. O, yaxşı danışa bilirdi, ancaq praktiki işdən xəbəri olmayıb. Elə köməkçiləri də özü kimi. Kazbek Tuayevi nəzərdə tuturam. Bunlar ancaq dildə yaxşı danışsınlar, ancaq işçi kimi heç bir yerdə adları yoxdu. 
1973-cü ildə SSRİ çempionatının I dəstəsində çıxış etdik. Heyət tamam dəyişdi. O cür heyət, futbolumuzun "ağsaqqallar"ı hörmətsiz şəkildə yola salındı. O vaxt bir nəfər vardı, idman komitəsində işləyirdi. Bu işlərdə "zəhməti" çox böyük oldu. Hamısı hörmətsiz getdi. 
3 il bizə Valentin Xlıstov rəhbərlik etdi. Əvvəl köməkçi məşqçi işləmişdi. Ancaq baş məşqçiliyə şəxsiyyəti çatmadı. O tamam başqa insan idi... Çıxsın meydana çığırsın bağırsın, ancaq baş məşqçi xarizması yox idi. 
1976-ci ildə Bondarenkonu gətirdilər. O, yaxşı futbol oynamışdı. Çox abırlı adam idi, uşaqlarla danışmağı bilirdi. Onu sayəsində yüksək liqaya çıxdıq. 
O vaxtlar Heydər Əliyevin "KQB"yə gəldiyi vaxtlar idi. Əvvəlcə bizimlə Nalçikdə görüşdü. İstirahət edirdi orada. Biz isə "Nalçik"ə bıabırçı hesabla uduzduq. Daha sonra xəbər göndərdi və Bakıda bizimlə görüşdü. Sonradan komandada irəlləyiş oldu və yüksək dəstəyə qayıtdıq. Ondan sonra 74-75-ci illərdə hərəkət oldu və çıxdıq yüksək liqaya. Ancaq artıq yeni heyətlə çıxdıq. Arif Orucov, Bəxtiyar Qulamov, Füzuli Cavadov, Səməd Qurbanov, Rəşid Özbəyov, Əbdülqədim Nurməmmədov, Səmədağa Şıxlarov, Əli Rəhmanov, Smolnikov, Tofiq Abbasov, Elbrus Abbasov kimi cavan futbolçuların sayəsində komanda yüksək liqaya çıxdı. 
1978-ci ildə çempionatda limit olması kimi yeni qaydalar çıxdı, çempionat stabil getmirdi. Bizim nəsil 5 məşqçi dəyişib. Netto kimi bir məşqçi gəldi bizə. O vaxt hər adama verilməyən sovet ordeni almış biri idi. Çox düz adam idi.  Amma işləyə bilmədi. 
1979-cu il dönəmində klubda mühit sağlam deyildi. Komandada aparıcı futbolçular olmalı idi ki, o birilər nümunə götürsün. Ancaq təəssüf ki, o vaxt bizdə aparıcı futbolçular olmadı. 75, 76, 77-ci illərdə çox haqsızlıqlar oldu, çox futbolçulara ləkə yaxıb çıxartdılar. 79-cu ildə Əhməd Ələsgərov komandanı saxladı, əziyyət çəkdi. 69-cu ildə onun da başına oyun gəldi. Bizdə 3 nəfər var - Kazbek Tuayev, Ələkbər Məmmədov və bir "anası erməni". Bunlar bir dəfə Əhmədə "torba tikib" çıxartdılar. 83-cü ilin əvvəlində yenə bunların əlinə imkan keçdi və gətirib baş məşqçi Kazbek Tuayevi qoydular. Bu adam futbol oynayıb, ama məşqçi kimi bunun adı heç yerdə yoxdu. Bu adam bizim futbolun düşməni olub. Ancaq biz ona hər şey vermişik. Fuad Musayevin başını aldadıb 3 dəfə onu gətirdilər başa. Bunun işi nədən ibarət idi? "İspolkom"da dövləti tərifləsin, özünü yaxşı göstərsin, ancaq futbolda o heç vaxt olmayıb. 
- Asəf müəllim, futbolçu olduğunuz illərı yada saldıq, biraz da məşqçilik karyeranız barədə bəhs edərdiniz...
- Mənim Azərbaycan çempionatında debütüm "Bakı" komandasında olub. Yaşar Seyidov Allah şahididi. Bir mövzu oldu. Rəhmətlik Musayev mənə dedi ki, bəs nə cür oynayacaqsan? Mən də prezidentdi deyə, taktikanı deməliyəm. Dedi ki, belə oynama, elə oyna. Bu mənə biraz qəribə gəldi. Mən də "Neftçi"nin oyununu izləmişdim və baş məşqçisi şöhrət ordenli mütəxəsssilərdən biri idi. Onun da üslubunu bilirdim. Oyuna 1 hücumçu ilə çıxmaq fikrində idim. Bu əslində düzgün deyil. Sən məndən nəticə tələb etməlisən. Nə demişdim, elə də oldu və udduq. Rəhmətlik bir yaxın dostum vardı. O, mənə dəstək olmaq əvəzi, rəhbərliyin fikirlərini dəstəklədi. Mən də dedim ki, daha burada işləmirəm. Qapını vurub getdim. Bu mənim Azərbaycanda debütüm olub. 3 oyuna 7 xal və liderlik. Nəisə, bu komandadan çıxdım. 
İkinci klubum olub "Şəmkir". Düzdü, orada bütüm işləri Saşa edirdi. Ancaq orada işlər elə də yaxşı getmirdi. Çətin idi, şəraitsizlik vardı. Çox pis gündə idi. Ancaq Saşanın köməyi ilə komanda çıxdı mükafatçılar sırasına. Həmin vaxt komandada alacağım vardı. Rayonun rəhbəri məni çıxartdı. Mən də telefonda ona layiq olan iki cümlə dedim və çıxdım. 
Üstündən bir müddət keçdi "Neftçi"nin prezidenti Aqil Paşayev dəvət etdi. UEFA-nın oyununa 1 ay vaxt vardı. Mən indiyə kimi bunu heç yerdə deməmişdim. Fuad müəllim məni çağırdı və dedi ki, bu 5 oyunçunu götür. O, bu işi Əhməd Ələsgərovla görmüşdü. Allah hər ikisinə rəhmət eləsin. Əhməd Ələsgərov kluba ziyan vurmaq şərti ilə bu işə razı oldu. Ancaq qarşılığında millini aldı. Sonra komandanın maddi problemi oldu, AFFA oyunçuları geri aldı. Komanda qaldı oyunçusuz.
Məni işləməyə qoymadı. Oyuna 1 ay qalmış mənim 9 nəfər oyunçum milli ilə birgə getdi Bolqarıstana. Heç bir oyunçumuz iki hissə oynamadı. Qəsdən belə etdilər ki, onlar hazır olmasınlar. Ondan sonra 4-5 oyun lazım idi ki, nəfəs açılsın, oynaya bilsinlər. Bu zərbəni mən orada yedim. Orada oynaya bilmədilər. 1-ci dəqiqədə qol vurub dayandılar. Bir məsələ ilə bağlı jurnalistlərdən üzr istəməliyəm. Baxdım, dedim bu nədi? Qaça bilmirdilər. Oyundan sonra getdim mətbuat konfransına. Xorvat söz dedi və fikrim qarışdı. Dedim, "İndi burda deyim ki, mənə Fuad mane oldu?!" Durdum çıxdım getdim. Düzdü, jurnalistlərə hörmətsizlik oldu, ama getdim.
Sonra gör nə oldu. 2 həftə sonra təkrar oyundu. Yenə də komandanı apardılar milliyə. Milli hazırlayır, mən baxıram. Dünya futbolunda isə, klub hazırlayır, milliyə verir. Məni çıxartmağa xatir belə edirdilər. Ki mən kluba satqınlıq etmədim. Gəldi birinci oyunu uddum, ikinci oyunda 5, iki oyuna 8 top. Bizim Avropada oyunumuz olub ayın 10 və 24-ü. İyulun 10-dan mən o futbolçulara 5 məşq keçə bilmədim. Qoymadılar. Fuad Musayev göstərdi ki, "a bala, Paşayev kimdi, buranın lotusu mənəm". Bunu o vaxt mənə sübut elədi. 
Hələ futbolçuları demirəm. Şəxsiyyətini itirənlər vardı. Oyun 1:1-di. Sona 3 dəqiqə qalmış, özbaşına yerini dəyişir. Köməkçini göndərirəm çönmür, özüm qışqırıram çönmür. Bunların məqsədi nəydi? Tapşırıq almışdılar ki, mən çıxmalıyam "Neftçi"dən. Sonrasına baxın. Ən dəhşətli odur ki, mən bir məşqçi gətirmişdim. Paşayev mənə dedi ki, sən İranda olanda o oyunları satırdı. Bu məşqçilər hamısı indi millidədi. Dəhşətdi bunlar.
Hə, əsas məsələyə keçim... Girdim paltardəyişmə otağına. Deyirəm, Ay Əsədov mən sənə demişdim yerini dəyiş? Dedi, "yox". AFFA-nın bir "gədəsi" vardı, bizimlə getmişdi. Biz onu içki düşkünü kimi bilirdik. Avaranın biriydi, onu ciddi qəbul etmirdik. Mənə dedi ki, sən düz əvəzetmə etməmisən. Dedim, sən kimsən? Bu AFFA-nın komandası deyil e, bu "Neftçi"dir. Sənə aiddiyatı yoxdu. Səni bura göndərənin də, özünü də... Bu söhbətə Altay Həsənovun köməkçisi də şahid oldu. Bu qəsdən qurulma idi ki, mən oradan çıxım.  Bununla da öz "prikaz"ıma qol çəkdim. (gülür)...
- Azərbaycan futbolunun son illərdəki vəziyyəti barədə nə düşünürsünüz?
- Qərar çıxdı ki, Azərbaycanda 8 legioner olsun. Niyə 8 olmalıdır? Futbolu nazir balaları oynamırdı. 300-400 manata fəhlə balaları oynayırdı. Sən bunun önünü nəyin hesabına kəsirsən? Bu İcraiyyə Komitəsi hara baxır? Bizim guya futbol adamlarımız oturub orada. Kukla kimi oturublar, səslərini çıxartmırlar. İcraiyyə Komitəsində oturanlar futbolun problemlərini həll etməlidir. Orada Tovuzun, Gəncənin nümayəndəsi olmalıdır. Bu numayəndələr yoxdursa, demək ki, bu çempionat deyil. Bu, Elxan Məmmədovun idarə etdiyi futboldu. Öz şəxsi işlərinə xatir kukla kimi oturublar. Belə futbol adamı olar? O gündən indiyə futbol gəlib düşdü bu günə. 
8 legioner nə deməkdi? Bizdə Yuqoslaviya, Bolqarıstan ölkələrinə nisbətən, futbolda pul var. Yaxşılar gedir Avropa klublarına, heç kəsə lazım olmayanlar isə gəlir Bakıya. İqlim, təbiət yaxşı, görmədikləri günləri görürdülər, əncir üzüm yeyirdilər. Klubdan deyirlər nə qədər istəyirsən? Misal üçün, futbolçu da deyir 30 min. Deyir mən sənə 40 min verəcəm. İmza atanda baxır ki, 40-ın önündə bir rəqəm də çıxıb. Bax belə bizim klublar başladılar pul qazanmağa. Özü də 90 %-i təsadüfi adamlar idilər. Onların içində şəmkirli Saşa abırlı adam idi, bir də İldırım müəllim və Yəhya müəllimi qeyd edərdim. Götürək Fuad Musayevi. 83-cü ildə onun gəlişindən sonra futbola böyük təkan verilməli idi. Yazıq daha nələr etmədi. Ancaq ən etibarlı adamı bütün işləri erməni əxlaqına uyğun qurdu. Hər il iki məşqçi dəyişilirdi. Orada məqsəd komandanı çıxartmaq yox, Fuad Musayevin maddi imkanlarından istifadə etmək idi. Futbol kartof alıb-satmaq deyil. Meydana çıxan 11 nəfər 9 milyonun önündə hesabat verir. Onun gərək elə şəraiti olsun ki, bu fikirləşməsin ki, evdə problem var. Düzdü, şərait yaradılıb, amma alınmır. Bizim futbolda rəhbərliyə təsadüfi adamlar gəlir. Şəxsən Fuad Musayev məni işləməyə qoymadı. 
Ondan sonra Ramiz Mirzəyev gəldi. O vaxtlar Əbülfəz Qarayev mənə dedi ki, get onlara kömək et. Getdim yanına. 3 nəfər oturmuşdu. "Asfaltzavod"un müdiri, Fətullah müəllim və Ramiz müəllim. Mən oturmadım. Gördüm bu insan futbolu bilmir, yanındakılar da demirlər. Dedim, sizin yerinizdə mərkəzi komitənin katibi oturmuşdu. Sən kimsən? O, bacarmadı, sən nə edə biləcəksən? Etibar etdiyin üzü asfaltdan möhkəm adamdı. 
Ramiz Mirzəyev yaxşı adam idi, ama futbolu bilmirdi. Bizdə iş ondadır ki, birinci adamlar müavindən asılı olur. Fuadı da müavinlər yıxdı, Ramizi də. Rövnəq müəllim gəldi. Heç kim Rövnəq Abdullayev haqda irad bildirə bilməz. O da müavinlərinə etibar edir. Müavinlərin də futboldan anlayışı yoxdur. Elşad Nəsirov bu işə qarışmır. O xarici əlaqələrə baxır. Qalır kim? Baş katib Elxan Məmmədov.
Onun gəlişi mənə çox qəribə gəlir. Hərdən oturub onun dövlətdən nə qədər xərclədiyini düşünürəm. "Always" satan kişi gəlib futbolu idarə edir. Bu Azərbaycan futbolunun tarixinə, bu gününə, sabahına ayıbdı. 
Bir şeyi də qeyd edim ki, eşitdiyimə görə futbolumuza yeni rəhbərlik gələcək. Məmurluğa gəlməmişdən öncə onun bir fəaliyyəti haqqında mənə məlumat veriblər. Dırnaqarası fəaliyyəti... Onu mən dövlət qəzetlərinə yazacam. Ki bu adam nə cür gəlib. Hamını hansısa vəzifədə çalışan qardaşı ilə qorxudur. Bəs sənə deyiblər, get futbolu dağıt?! Doğrudan biz bədbəxt millətik.
- Elxan Məmmədovla aranız dəyib?
- Mən sübut elədim ki, onun 19 yaşlılara gətirdiyi məşqçinin futboldan xəbəri yoxdu. Burada millinin baş məşqçisi Berti Foqts da mənə dəstək verdi. Ancaq o, 6 il orada işlədi, məni isə o saat oradan qovdular. Bu da baş katibimiz. Bunu qoymaq olar menecer, yaxşı ingiliscə danışsın... Bir də yaxşı dəllallığı bacarır. Alsın 5 manata, satsın 10 manata. Belə adamın futbolda olması gülüncdü. Hələ ondan başqa görün bunlar nə edirlər. Azərbaycan millisi gedir Asiyaya, Amerikaya və bunun hesabına ola bilsin ki, 50 ildən sonra Azərbaycan düşsün dünya çempionatına. Bəlkə də hələ 100 il. Bu cür firıldaq birinə futbol tapşırılıb. Nə qədər yeyinti var AFFA-da. Bu dərdi biz kimə deyək?  
Qayıdıram 8 legioner məsələsinə. Məsələn 10 komandadan 8 legioner 80 futbolçu edir. Bəs hardan çıxacaq yerli futbolçular? Bunun tarixçəsi deyim hardandı. Ələkbər Məmmədovun vaxtından. Sovet İttifaqı qəhrəmanı Xəlil Məmmədov vardı, idman naziri idi. O bunu yaxşı qovurdu qapıdan. Ələkbər Məmmədov, Kazbek Tuayev kimilərinin zibillərini bizim nəsil yığışdırdı. İndi min cür qaydalar çıxıb. Filan yaşlı futbolçu burada oynasın, orada oynasın. 18 yaşlı oynasın, nə bilim 20 yaşlı oynamasın. Bunlar bu qərarları yuxuda görürlər? Kim həll edir bu məsələləri? Düzü, bizim veteranlarımızın biraz səbrlidirlər, dözürlər. Yığışıb bu məsələni həll etmək lazımdır. İş görən vetranlar hamısı qalıb kənarda. Nə vaxta kimi belə olacaq? 
O vaxt Rövnəq müəllimə dedim ki, İranda olan azərbaycanlıları gətirək. Razılaşdılar. Bir futbolçu vardı. Rəşad Sadıqov tanıyır onu. Elxan Məmmədovun gətirdiyi skripka ifaçısına oxşayan Bernard Lippert onu bəyənmədi. Tehranda bu məsələ şişirdildi. Berti Foqtsun bir köməkçisi vardı, İranda işləmişdi. Ona dedim ki, sizin bu 19 yaşlılara baxan məşqçiniz nəzəriyyə bilir, ama deyəsən praktikadan xəbəri yoxdu. Gedib Foqtsun ovucuna qoydular ki, buranın məşqçisi bizi pisləyir. Bu hadisə olub millimiz Tehranda oynayanda. Mən də getmişdim. Foqts da dedi ki, gətir oyunçuya mən baxım. Bəyəndilər. "Transfer pəncərəsi" bağlanan ərəfə idi. Bu oğlan qayıdıb getdi İrana, məni də baş katib AFFA-dan yolladı. Əxlaqa görə dinmirəm. Mən Vaqif Sadiqov deyiləm ki, səni tərifləyəm. Onun nə vecinə, başını girələyir. 
Bir lətifə qoşmuşam. İranlılar gəlirlər Bakıya qonaq. Deyirlər, Namazov bu qədər pul xərcləyirsiniz, niyə sizdə futbol bu gündədir? Gedirik AFFA-ya. Divardakı şəkillərə baxıb suallar verirlər. Kim olduqlarını sorşurlar, deyirəm məşqçilərdi.
 
Bucaq altında üzü yuxarı.
 
- Bu kimdi?
- Böyükağa Hacıyev. Az işləyib ama komandanı çempion edib. 
- Bəs o biri kimdi?
- Ağasəlim Mircavadov. Çox işləyib, titullar hamısı ondadı.
- Bəs o biri kimdi?
- O birisi bilmirəm. Heçnə etməyib, ama qoyublar Məşqçilər Şurasının sədri. Söhbət Vaqif Sadıqovdan gedir. O, alfonsluğu yaxşı bacarır. Hara kimi istəyirsən göndərsin. Soruşmaq lazımdır ki, bunu Məşqçilər Şurasının başına kim qoyub. Hələ "İspolkom"a da qoyublar. 
- Foqtsu yad etmişkən, millimizdən danışaq. Yığmanın hazırki vəziyyəti ilə bağlı nə düşünürsünüz? Sizcə, Qurban Qurbanov niyə millidə qalmadı?
- İndi də milliyə Xorvatiyadan məşqçi gətirib. 42 yaşı var. Ağasəlim Mircavadovu qabağa çəkmirlər. Yəni, xorvat ondan çox biləcək? Ya canı daha çox yanacaq? Bu Elxan işinin faizini düşünür. Qurbanı niyə yola saldılar? Çünki Qurban orada olsaydı, bunların bu turist səfərləri, yeyintiləri baş tutmayacaqdı. Həm də millidə biabırçılıqların önünü kəsərdi. Onlar pulları səmərəsiz xərcləməyin xatirinə Qurban Qurbanovu mədəni şəkildə millidən qaçırtdılar. Qurbanla dostluğum yoxdu, heç salam-sağolum da yoxdu. Ancaq əxlaqlı oğlandı. Onlara xarici gəzməyə axmaq məşqçi lazımdı. 

Sport7.az
Xəbər 1191 dəfə oxunub






Oxşar xəbərlər

Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18686] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00707] calend [0.00038] topnewsend [0.00266] rsssend [0.00000] ehgend [0.08239] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09320]