Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:41 - 20.10.2018  
Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya - “Olmasın 200, olsun 10...”
Tarix: 15-01-2018, 20:22 | Bölmə: Xəbərlər » Müsahibə

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, SOCAR borca görə "Palmali”yə məxsus 14 gəmini müsadirə edib, eyni zamanda öz zavod və müssisələrinə şirkətin gəmilərinin daxil olmasına qadağa qoyub. 

Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya - “Olmasın 200, olsun 10...”Məsələylə bağlı "Palmali”nin prezidenti Mübariz Mənsimov "Qafqazinfo”ya telefonla müsahibə verib.

- Sizin şirkətə məxsus 14 gəminin SOCAR tərəfindən müsadirə olunmasını necə şərh edərdiz?

- Aylardır mətbuatda eyni xəbərlər yayılır. Nə deməyə çalışdıqlarını başa düşə bilmirəm. Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər. Yazırlar ki, "Palmali” batır. Hə yoxdur "Palmali” rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdən haqqımda düzgünolmayan informasiyalar yayırlar. Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər mənim başım çıxmır. 

- Qeyd olunur ki, "SOCAR” tankerlərinizi də öz zavoduna buraxmır. 

- Təəssüf ki, bu yalan deyil. SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm. 

- Sizin konkret SOCAR-a borcunuz var?

- Xeyr, mənim borcum yoxdur. Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir, şirkət kimdədir, nə borc? Tam tərsinə mənim oradakı pullarım qaytarılmayıb.

- Şirkətinizin maddi durumunun pis olduğu yazılır...  Vəziyyətiniz hazırda necədir?

- Dünyada vəziyyət necədirsə, bizim şirkətdə də elədir. Bilirsiz "Palmali” beynəlxalq şirkətdir. Təəssüf ki, "Lukoyl”la məlum olan məhkəmə prosesimiz var. Onun xaricində şirkət öz normal inkişafını davam etdirir. Gəmilər sifariş edirik. O demək deyil ki, şirkət sıxıntıdadır, gəmilərimizin hamısı suyun üzərindədir. Dünyada məlum olan iqtisadi sıxıntıların bizə də sıçrayışları var. Ancaq belə şeyləri danışmaq ayıbdır.

- Son vaxtlar azərbaycanlı iş adamlarının müflis olmasıyla bağlı məlumatlar yayılır. Əvvəlcə, AST Telman, ardınca siz.

- Bilmirəm bunu Azərbaycanda kim edir, heç bilmirəm Telmana nə olub. Belə şeylərə inanmaq da istəmirəm. Bir iş adamı bata da bilər, yüksələ də. Bu o demək deyil ki, onun vətənində 24 saat haqqında yazmalıdırlar. Mənə göstərin ki, dünyanın hansı yerində bir iş adamı haqqında gecə-gündüz yazırlar. Bu qədər paxıllıq, qısqanclıq haradandır? "Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər. Bunun qarantiyasını verirəm. "Palmali”nin olmasın 200 gəmisi, olsun 10 gəmisi. Deyək ki, bütün dünyada gəmilərimiz dayandı, bundan o insanlar , bəlli şəxslər nə qazanacaq? Onların özləri və övladları kimi oğurluq etmirik, bəlkə, bu onların gözünə batır.

- Son illərə qədər Azərbaycanla münasibətləriniz yüksək səviyyədə olub. Birdən-birə nə baş verdi, vəziyyət dəyişdi?

- Mənim münasibətlərim yenə də yaxşıdır. Azərbaycanın inkişaf etməsinə çox sevinirəm. Həmişə qürur duymuşam ki, azərbaycanlıyam. Ölkədə baş verən yaxşıya sevinirik, pisə isə üzülürük. Biz iş adamıyıq, dövlətin işinə qarışmırıq. Bizim üçün önəmli olan odur ki, vətənimiz inkişaf etsin, parıldasın, başda ermənilər olmaqla paxıllıq edənlər qısqansın. Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi imkansız olan 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur. Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədiylə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, 4 uşağım var, qızlarım zəng vurub məndən soruşurlar ki, bu nədir haqqında yazırlar?

- Mübariz bəy, konkret hansı hadisədən sonra münasibətləriniz gərginləşdi?

- İki il bundan əvvəl SOCAR-dan ayrılandan sonra bu cür yazılar yazılmağa başlanıldı. Biz dövlətə hörmət edirik, Azərbaycana ziyan gəlməsin deyə susuruq. Yazmışdılar ki, FTB-dən bizi araşdırırlar, kəşfiyyat dairəsinin ticari şirkətdə nə işi var? Belə xəyalları hardan qururlar? Deyirlər ki, vergidən yayınmışıq. Rusiyada dənizçiliyin saytına baxsınlar, orada dənizçiliyin vergisi yoxdur. Belə uydurma olar? Onsuz da üstümüzə gəlirlər. Sifarişlə 4 il əvvəl vergi dairəsi bizi 3 il yoxladı, heç nə tapa bilməyib çıxıb getdilər. Məhkəmələrdə də bizə uduzdular.
Xəbər 1231 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14666] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00840] calend [0.00064] topnewsend [0.00423] rsssend [0.00000] ehgend [0.00839] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12349]