Ebru Gündeş ərinə "xəyanat xəbəri"ndən danışdı

  • 10 noy 2016, 21:22

Məşhur müğənni Ebru Gündeş və futbolçu Üfüq Ceylan barələrində yayılan şaiyələrə münasibət bildirib.


 

Türkiyə mətbuatı xəbər verir ki, Ebru Gündeş Üfüq Ceylanla barələrində  belə bir məlumat yayıldığı üçün kədərləndiyini bildirib. "Mən evliyəm və bir uşağım da var. Yaşadığım çətinliklərə rəğmən hələ ağlımı itirməmişəm. Belə xəbərlərə görə də çox məyus oluram. Bu xəbərləri yayanların hüquq qarşısında cavab vermələri üçün çalışacam".

 

Futbolçu Üfüq Ceylan isə məsələyə sosial şəbəkədə münasibət bildirib. O, sosial şəbəkələrdəki səhifəsində yazıb ki, barəsində gəzən şaiyələrin heç bir əsası yoxdur. "Mənim barəmdən yazılanlardan çox təsüflənirəm.  Mən və ailəm Ebru Gündeşin heyranıyıq.  Həyatımda üç dəfə onu sahnədən dinləmişəm.  Yenə də dostlarımın sahəsində, çətin günlərdə ziyarət edib problemlərimi bölüşdüyüm insanlardandır".

Futbolçu müğənni ilə yayılan şəkilinə də münasibə bildirib. Üfüq Ceylan internetdə paylaşılan şəkilin 2015-ci ilə aid olduğunu deyib. "Şəkil 29 Mart 2015 –ci il tarixində  Ebru Gündeşin səhnəyə çıxdığı restoranlardan birində çəkilib.  Mən 5 aydır ki, mətbuatdan uzağam. Çünki ciddi bir əlaqəm var".

 

 

Üfüq Ceylanın Ebru Gündeşlə birlikdə paylaşdığı şəkil

 


Futbolçuda Ebru Gündeş kimi ortaya atılan sevgi iddiasının hüquqi müstəviyə daşıyacağını deyib.  O, artıq vəkili ilə görüşdüyünü bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ebru Gündeş və Üfüq Ceylan arasında eşq macərasının yaşanması  barədə xəbərlər yayılmışdı.

Ebru Gündeş hazırda ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rıza Zərrabın həyat yoldaşıdır. 

Oxşar xəbərlər