Sərdar Ortaç Bakıya gəlir

  • 09 noy 2015, 18:09
Məşhur türk müğənni Sərdar Ortaç Bakıya gəlir. Bu barədə Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov deyib: 

"İnşallah, dekabrın 18-də Sərdarın Bakıya gəlişi gözlənilir. Onun burada konserti olmalıdır. Mənə də onunla birgə duet oxumaq təklif olunub", - deyə müğənni bildirdi.

Ədalət Şükürov onu da əlavə etdi ki, dekabrda baş tutacaq konsertin təşkilatçısı Nahid Emiloğludur.

Qeyd edək ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə ötən ilin sentyabrın 27-si tarixində Yaşıl Teatrda baş tutan türk müğənnisinin konsertində onun duet ortağı Zarina Məmmədova olub.