“Məni "axmaq" yerinə qoyarkən şüurumu təhqir edirsiniz” – Murad

  • 31 iyul 2019, 15:08

"Haqqımda bu 3 şeyi hamı bilsin, istəyirəm: Özgənin cibinə girmək, layiq olduğumdan artığına iddia etmək və cəsədlərin üzərindən yüksəlmək xislətimdə yoxdur”.

Bu sözləri Murad Arif sosial şəbəkədə yazıb. O, haqqında danışanlara mesaj göndərib: "Dəxilsiz bir xasiyyətim var, sona qədər düz olduğumu anlasam da, qarşımdakına, özümün səhv ola bilmək ehtimalını oynayıram. Əsla dirənmirəm, hətta o adamın yerinə, gizlin xəcalət çəkirəm. Amma, aydın zəkayla anlayıram ki, ünsiyyətdə nə isə sıxırsa, deməli qarşımdakı səmimi deyil. Zəhmətkeşəm deyə rahatam, ac qalmaram. Siz sadəcə dürüst olun, yetər. Kosmosdan mahnıları dartıb çıxaran adamam. Məni "axmaq" yerinə qoyarkən, şüurumu təhqir edirsiniz. Üçüncü göz açıqdır”.

Oxşar xəbərlər