Mehriban Əliyeva Leyla Əliyevanı təbrik etdi

  • 03 iyul 2019, 21:03

"Əziz Leyla, ad günün mübarək!”

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva qızı Leyla Əliyevanın ada gününü təbrik edib.

Birinci Vitse-Prezident Mehriban Əliyeva rəsmi Facebook səhifəsində "Əziz Leyla, ad günün mübarək!” şərhini yazıb.

Qeyd edək ki, Leyla Əliyeva iyulun 3-də 1984-cü ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İsveçrə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.

Oxşar xəbərlər