Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:41 - 26.08.2019  
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
Tarix: 14-06-2019, 09:34 | Bölmə: Xəbərlər » Mədəniyyət

İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib. Tədbirdə ittifaqın sədri Rüstəm İbrahimbəyov bir sıra vədlər verib, kinonun və aktyorların maddi problemlərinin həlli yollarından danışıb.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov "Yeni Müsavat”a bildirdi ki, iclas 11-ci qurultaya hazırlıqla bağlı olub:

""İclasdakı müzakirələr göstərdi ki, sənədli, bədii və animasiya filmi sahələrində problemlər var. Bu problemlər qurultayın gündəliyinə çıxarılmalıdır, əməli təkliflər verilməlidir. Eyni zamanda ssenarilər seçimi ideal, effektiv mexanizm üzərində deyil, maliyyələşmə şəffaflıq prinsipi ilə xərclənməyib, bütün bunlar düzəlməlidir. Əsas təsbitlərdən biri də bu oldu ki, kino tamaşaçısı səviyyəsi problemi var. Söhbət dövlətin kinoya ayırdığı vəsaitlərdən gedir. Təkcə şəffaflıq deyil, effektivlik məsələsi də var.  Bilirsiniz ki, son 2 ildə Maliyyə Nazirliyi kinoya ayrılan vəsaiti azaldıb. Amma bununla yanaşı, respublika prezidenti film istehsalına 5 milyon ayırıb. Onun verilmə şərti yeni kino konsepsiyasının qəbul edilməsidir. Sadəcə, idarəçilik effektiv mexanizmə əsaslanmalıdır. Mədəniyyət Nazirliyinin şöbəsi statusunda struktur özünü doğrultmur.

Daha səlahiyyətli, dövlət və özəl studiyaların bərabərhüquqlu işini təmin edən struktura ehtiyac var. Dövlətimiz kino qarşısında alnıaçıq, üzüğadır. Lakin vəsaiti idarə edənlər etimadı hələ doğrultmayıblar”.

Əli İsa Cabbarov: "Bizə dəstəyə görə hökumətimizə minnətdarıq”

İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdıƏ.İ.Cabbarov bildirdi ki, İbrahimbəyovun tapşırıqlarından biri də Kino Evinin açılması, Kino Məktəbinin fəaliyyətinin bərpası, 2 avqust Kino Gününə və noyabrda keçiriləcək 11-ci qurultaya hazırlıq olub.

Ə.İ.Cabbarov ittifaqa yeni üzvlərin qəbulu və xalq artisti Rasim Balayevin qoşulub-qoşulmayacağı barədə də danışdı: "Rasim müəllim ittifaqımızın üzvüdür və İdarə Heyətinin iclasında aktiv iştirak etdi.

Əməkdar artistlər Füzuli Hüseynov, Aydın Əliyev, Əfqan Soltanov, kinorejissor Kamran Şahmərdan və Rodion İsmayılov yeni üzvlər sırasındadır. Ümumilikdə 20-yə yaxın üzv qəbul olundu”.

İttifaqın katibi İbrahimbəyovun kino ittifaqının xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilməməsi barədə bunları dedi: "Hamı özünü necəsə hiss edə və hesab edə bilər. Biz peşəkarları təşkilat prinsipinə görə bölmürük, peşəyə və istedadına sadiqliyinə görə ayırırıq. Təşkilatımızı dağıtmaq, rəhbərliyimizin yaradıcı şəxs olaraq nüfuzuna ləkə atmaq istəyənlərin kim olduğunu adbaad dəqiq bilirik.

Məqsədimiz sabahımızı qurmaqdır, kinomuzun inkişafı yolunda fəaliyyət göstərəndə biz sağa-sola baxmırıq, ancaq qabağa baxırıq. Fürsətdən istifadə edib 2019-cu il ərzində fəaliyyətimizin aktivləşməsinə gətirən dəstəyə görə hökumətimizə, rəsmi strukturlara minnətdarlığımızı bildiririk”.

Rasim Balayev: "Bu gün səriştəsiz adamlar meydandadır, pul da nazirlikdədir”

İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdıXalq artisti Rasim Balayev isə "Yeni Müsavat”a kinonun düşdüyü vəziyyətdən çıxarılması üçün yığışdıqlarını vurğuladı. Onun sözlərinə görə, bu şəkildə davam edə bilməz: "Belə olmaz da. Kinomuz bərbad vəziyyətdədir. Bu ittifaq da səlahiyyətli təşkilat deyil, yalnız öz tezislərini, təkliflərini verə bilər. Ümidvaram ki, bir irəliləyiş olmalıdır. Elə biz də o niyyətlə yığışmışdıq. Bu gün səriştəsiz, kinodan xəbəri olmayan adamlar meydandadır. Gərək sənəti qavrayan adamlar kurs təşkil etsinlər, master-klass hazırlasınlar”.

R.Balayev prezidentin ayırdığı vəsaitlə yaxşı filmlər çəkilib-çəkilməyəcəyinə də toxundu: "Maliyyə Mədəniyyət Nazirliyindədir.

Kinematoqrafçılar İttifaqı müəyyən məsləhət verə bilər. Deyə bilər ki, filmi filankəsə ver, o daha peşəkardır, qoy həmin rejissor çəksin. Ancaq onlar kino çəkməyi istədikləri adamlara verirlər. Bununla belə, qıraqdan seyr etmək də olmaz. Kinonun vəziyyəti gündən-günə pisləşir. Mən adamlarla görüşürəm, söhbətlərdən görürəm ki, insanlar narazıdır.

Məktəb görmədən Aşıq Ələsgər, Əliağa Vahid olmaq mümkündür, Allah vergisidir. Amma kino işi, rejissorluq məktəb tələb edir. Rüstəm İbrahimbəyov da gəldi, iştirak elədi, sağlıq olsun, görək necə olur.

Amma ağlıma sığışdıra bilmirəm iki kino təşkilatı necə ola bilər? Bu, mümkün deyil. Yəni mən də bilmirəm necə olacaq, qaranlıq qalıb”.

Ayaz Salayev: ile ilgili görsel sonucu

Ayaz Salayev: "Mənim üçün o təşkilat mövcud deyil, əgər birləşsələr, istefa verəcəyəm”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev qəzetimizə dedi ki, İbrahimbəyovun təşkilatı onun üçün mövcud deyil:  "Mən belə kino ittifaqı tanımıram. Bəzən fikirlər səslənir ki, təşkilatlar birləşsin, amma ”Qafqaz trio”sunu çəkən biri ilə birləşə bilmərəm. O, həmkar kimi mənim üçün yoxdur. Məhz o filmə görə o təşkilatla birgə fəaliyyətin əleyhinəyəm. O filmə baxıb heç nəyi görməyənlər mənəvi kor adamlardır. Birləşsələr, oradan istefa verəcəyəm. Üstəlik, İbrahiməyov ittifaqı şəxsi ofisinə çevirmişdi, katiblikdə rejissor qalmamışdı”.

Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında Rüstəm İbrahimbəyov bildirmişdi: "Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu.

Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir”.

İbrahimbəyov müraciətində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: "İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?…Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”

Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də  müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb.

Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və  Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib.

Xəbər 1061 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğlu cavab verdi
Qadın olmaq... - Boşanıbsa, gəzdiyi biri var
Makron: "G7" iştirakçıları İranla münaqişə istəmir
Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var
Azərbaycan yığması Hollandiyaya uduzub
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
İranlı Mühacirlər Cəmiyyəti Qubada “dəyirmi masa” keçirib
“Böyük yeddilik”: İran nüvə silahına malik olmamalıdır
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib – VİDEO
Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib
Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTO
“İcbari sığortaya keçid üçün azı 4 milyard pul lazımdır”
AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14639] initstartout [0.00014] initstartin [0.00064] calstart [0.00734] calend [0.00041] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.02568] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10883]