Nazilədən Xoşqədəmə məsləhət: “Get nəslinin aclarını doydur”

  • 24 yan 2019, 21:40

Teleaparıcı Xoşqədəm Baxşəliyeva ilə məhkəmə çəkişməsi davam edən Nazilə Səfərli qarşı tərəf haqda kəskin fikirlər səsləndirib.

Dərgi.az xəbər verir ki, buna səbəb isə X.Baxşəliyevanın N.Səfərlinin qardaşı uşaqlarına Yeni il ərəfəsində bayramlıq geyim alması olub:

"Danışdığım hər söz gündəm olur. Mən "Maşın Şou”da olanda bundan istifadə edən, reytinq xətrinə Xoşqədəm gedib qardaşım uşaqlarına ucuz bazarlardan paltar alıb aparıb. Xoşqədəmin nəslində kasıb, ac yoxdur? Sən öz nəslinin aclarını doydurdun ki, keçmisən mənimkilərə. Get əvvəlcə öz nəslinin aclarını doydur. Bunlar hamısı məqsədlidir, reytinq üçündür”.

Oxşar xəbərlər