Əli Mirəliyev: “Aygün və Röya ilə...” - FOTO

  • 11 yan 2019, 21:39

Müğənni Əli Mirəliyev xalq artisti Teymur Mustafayevin ”Aygün, Röya ilə duet oxumaram” sözlərinə münasibət bildirib.

Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, hər iki xanım müğənni ilə duet oxumaq istəyir: "Teymurla qəti razı deyiləm. Röya pis oxuyandır? Çox gözəl oxuyandır. Mən şəxsən Aygün və Röya ilə duet oxumaq istəyirəm. Flora Kərimova, Elmira Rəhimova ilə oxumaq olar, Röya ilə yox? Biz yaşlı nəsil bildiklərimizi onlara öyrətməliyik. Onlara ədəb-ərkanı, oturub-durmağı biz başa salmalıyıq. Aygünə nə olub? Onlar cavandır ona görə? Mən estafeti kimə verməliyəm? Teymur Mustafayev, Canəli Əkbərov, Niyaməddin, Əlibaba da bildiyini indiki nəslə ötürməliyik. Biz böyüklərimizdən öyrənmişik, gənclər də bizdən öyrənməlidir. Aygünlə oxumaqda nə qəbahət var? Biz gənclərlə dostluq ertməliyik, oxumağı, yaşamağı  öyrətməliyik. Teymur Şövqəti, Tükəzbanı qəbirdən çıxarıb, duet oxuyacaq? O, düz danışmır”.

Qeyd edək ki, Teymur Mustafayev "5-də 5” proqramına qonaq olarkən aparıcı Zaur Kamalın xalq artisti Aygün Kazımova, əməkdar artistlər – Xumar Qədimova və Röya Ayxanla bağlı verdiyi duet sualına belə cavab verib: "Yaşım keçib, gənclərə yaraşar. Mən 1964-cü ildə Nəzakət Məmmədova ilə oxudum, möhürünü qoydum. Heç biri ilə qəti oxumaram”.

Oxşar xəbərlər