Afaq Gəncəli: “Hələ də mənə mesaj yazır...”

  • 17 yan 2018, 15:23

Teleaparıcı Afaq Gəncəli "ATV maqazin onlarla” verilişində müğənni Röyaya qadağa qoyması barədə xəbərlərə aydınlıq gətirib.

Musavat.com saytına açıqlama verən aparıcı bildirib ki, Röya ilə dostdur: "Biz dostuq, münasibətimiz əladır. Günü bu gün də Röya mənə mesaj yazır, danışırıq. Hər şey çox gözəldir. Boş insanların haqqımızda yaydıqları məlumatdır”.

O, əməliyyat olunması haqqında  deyilənlərə də münasibət bildirib: "Məndə əməliyyatlıq nə isə görürsünüz? Soyunub, göstərə bilərəm. Yalan söhbətdir”.  

Afaq digər maqazin aparıcılarını özünü ona oxşatmasından da danışıb: "Deyim onlara ki, məni təkrarlamayın? Digər maqazin verilişlərinə baxmağa vaxtım yoxdur. Kimsə məni örnək götürüb, kopyalayırsa, canı sağ olsun”.

Demokratik.Az

Oxşar xəbərlər