Demokratik TV
Xəbər lenti
"Bu Şəhərdə"nin aktyoru Coşqunun ölüm xəbəri yayıldı
- 14 noy 2017, 20:12
"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.
Demokratik.Az-ın AZXEBER.COM-a istinadən xəbərinə görə, C.Rəhimovla bağlı bəzi profillərdə aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.
Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İddialarla bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. O, bu məlumatı yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:
"Kimlərsə və "nələrsə", Bİzim Coşqunun adından, şöhrətindən, statusundan- istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər.... və qazanırlar. Biləsiniz- sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özüdə hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, "sensasiya" yaratmaq istəyənlərin nəzərinə: - Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!"
Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlhamə Quliyevanın oğlunun ölüm xəbəri yayıldı
Məşhur Generalın ölüm xəbəri yayıldı
Fədayənin ölüm xəbərini kim və niyə yaydı
Cüneyt Arkının ölüm xəbəri yayıldı
Əl Qaidə liderinin ölüm xəbəri yayıldı
Türliyədə məşhur restoran sahibi avtomobilində öldürülüb
“Eldar Mahmudov şəhərdə göründü” mesajının sirri...
"Naibə Allahverdiyeva ölməyib, yalandır"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti