“Kişi qırığı” - “Alabala” - Səhv düşəndə yeriniz...

  • 27 dek 2016, 22:05

Səhv düşəndə yeriniz...

Son günlər xalqı aşağılayan məmurlar və deputatların siyahısına daha birinin əlavə olduğunu gördük. Milli Məclisin deputatı Astan Şahverdiyevin azərbaycan vətəndaşlarını "otxod” adlandırması ictimaiyyətdə etirazların hərarətini bir qədər də yüksəltdi. Deputat üzr istəsə də, ölkədə artan maliyyə böhranı konteksində əsəb yaradan bu cür açıqlama ilk olmadı. Yaxın keçmişdə yaddaşlarımızı təzələyərək, nəzər salaq, daha kimlər öz nitqlərində saymazyana həqarət və təhqirlərə müraciət edib?

Fevral, 014. Hacıbala Abutalıbov: "Bizim ölkədə bir dənə kişi kişi var”. 
May, 2014. Hacıbala Abutalıbov : "Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.
Oktyabr, 2014. Etibar Hüseynov. Öz Facebook profilində bir sürü qoyun şəkli paylaşıb, altına da "Məhsul stadionuna getməyi unutma” yazaraq, öz haqlarını tələb edən insanları aşağılayıb qoyuna bənzədir. 
İl 2015.  Hadı Rəcəbli: "Müəllim dolana bilmirsə, işdən sonra daş da hörsün”, - deyərək, maaş artımını gündəmə gətirməkdənsə, müəllimləri başqa bir yönə - fəhləliyə, daş hörməyə dəvət edir.
May, 2015. Abit Şərifov. KİV haqqında qanunun 8-ci və 50 maddəsində qeyd olunan informasiya almaq hüququnu pozaraq, insanların ölümünə səbəb olan yanan bina ilə bağlı jurnalistlərin "Tikinti işlərinə hansı şirkət daxil olacaq?” - sualına Abid Şərifov:
"Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdir?! Alabala… Sonra?! Müəyyən olunur ki, filankəsdir, filankəsdir də. Bunu biz müəyyən edirik, bunun "pressa”ya dəxli var?” - deyərək, mətbuata mənfi tonda, aqressiyalı sualla reaksiya verir. 
Dünya praktikası. Uzağa getmirik, qardaş Türkiyə: İl 2016. Türkiyə Cumhuriyyətinin Prezidentinin mətbuat katibi Şərəf Malkoç "Yeniqapı” mitinqində iştirak edəcək MHP sədri Dövlət Baxçəliyə: "Nə gözəl! Ömründə, həyatında heç görmədiyi insan selinini görəcək”, - deyərək, həqarət etmişdi. 24 saat keçmədən, ictimaiyyətin reaksiyasına ehtiyac olmadan, AKP demokratları dərhal işə qarışdılar. Nəticədə, Malkoç "Sarf ettiğim bir cümle sebebiyle başta Sayın Bahçeli'nin şahsından ve tüm MHP camiasından özür dilerim”, - deyərək öz səhvini etiraf etmişdi. İştə, sənə demokratiya!
Nəticə: Aşağılanan milyonlar, istefa verən - 0, üzr istəyən - 1. Bu da riyazi dillə desək, tərs mütənasiblik. Bədii, Qabil dili ilə desək, səhv düşəndə yeriniz... 


P.S. Yerinə düşər ki, bu multikulturalizm ili bitmədən, üzr istəmə siyahısına yuxarıdakı şəxslər də qoşulsunlar.

Arzu Səyyad

 

Oxşar xəbərlər