100 ədəd "Maserati" avtomobili 18 saniyəyə satıldı

  • 29 mart 2016, 20:40
Çində İtaliyanın lüks avtomobil istehsalçısı olan "Maserati" şirkəti rekord qırıb.

Bu barədə məlumat BBC-də yer alıb.

Xəbər verilir ki, "Alibaba” onlayn satış saytında satışa çıxarılan "Maserati”nin 100 ədəd "Levante” markalı modeli 18 saniyə içərisində tükənib.

Məlumata görə, avtomobilin qiyməti 72 min dollardan başlayıb. Bu avtomobillər Çində iyul ayında bazarlarda öz yerini alacaq.

Çində iqtisadiyyatın zəifləməsi, hökumətin qanunsuzluqlara qarşı mübarizəsinin gücləndirməsi son illərdə lüks avtomobil satışlarını zəiflətmişdi.
 
musavat.com 
Oxşar xəbərlər