Qeyri-adi xeyriyyə aksiyası - FOTOLAR

  • 31 yan 2016, 10:33

Qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar Bolqarıstanın bir sıra yerlərində imkansız şəxslər üçün xeyriyyə aksiyaları keçirilir.

 

Publika.az xəbər verir ki, bir neçə həftədir davam edən aksiyanın təşkilində məqsəd yoxsulları qış paltarları ilə təchiz etmək, onların soyuqdan üşümələrinin, donmalarının qarşısını almaqdır.

 

Xeyriyyə aksiyasına yüzlərlə insan qoşulub. Onlar geymədikləri paltarları, o cümlədən gödəkcələri gətirib ağaclara bağlayırlar ki, ehtiyacı olan insanlar götürsünlər.

 

Bolqarıstan mətbuatının yazdığına görə, son vaxtlar bu aksiyaya qoşulanların sayı artıb.

 

Anar Tağıyev    

* Fotoları təqdim edirik