55 il əvvəlki temperatur rekordu təkrarlandı

  • 31 yan 2016, 10:24

Moskvada hava 1961-ci ildə qeydə alınan temperatur rekordunu təkrarlayıb. Şəhərdə hava bazar günü müsbət 2,7 dərəcəyədək istiləşib.

 

Demokratik.Az"Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının Meteorologiya Bürosunun məlumatında bildirilir.

 

"Paytaxtın əsas meteostansiyasında bu gün gecə yarı müsbət 2,7 dərəcə temperatur qeydə alınıb. Eyni zamanda, 55 il əvvəl 31 yanvar tarixi üçün müəyyən edilən temperatur rekordu təkrarlanıb", -deyə bürodan bildirilib.

 

Sinoptiklər bu göstəricinin bazar günü dəyişəcəyini və 31 yanvar tarixi üçün yeni rekord müəyyən edəcəyini proqnozlaşdırırlar.

Oxşar xəbərlər