Yeni planet tapıldı

  • 28 yan 2016, 19:21
Avstraliyalı astronomlar Günəş sistemində nəhəng bir ulduzun ətrafına fırlanan səma cismi kəşf ediblər.
 
Publika.az xarici mediaya istinadən bildirir ki, "2MASS J2126-8140” adı verilən bu cisim Yupiter planetindən təqribən 10-12 dəfə böyükdür.
 
Alimlər bildirib ki, səmada parıldaması ilə xüsusi seçilən bu cisim indiyədək ulduz olaraq bilinib. Ancaq üzərində illərdən bəri aparılan araşdırmalardan sonra məlum olub ki, ulduz deyil, planetə bənzəyən nəhəng səma obyektidir.
 
"2MASS J2126-8140” adlı bu çismin 1 trilyon kilometr uzaqlıqda yerləşdiyi güman edilir. Onun öz ulduzuna uzaqlığı isə Yer kürəsindən Günəşə qədər olan məsafədən təqribən 7 min dəfə çoxdur.
Araşdırma aparan heyət üzvü Sayman Merfi bildirib ki, bu cismin kəşfi onları təəccübləndirib: "Çünki bu sistemin Günəş sistemi kimi toz və qazdan yaranmasına heç bir əsas yoxdur. Bu, qeyri-adi bir cisimdir”.
 
Xatırladaq ki, Günəş sistemində 9 böyük planet və təqribən 2300 kiçik planet məlumdur.
 
2006-cı ildən etibarən isə Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarılaraq, "kiçik planetlər” adlı yeni qrupa aid edilib.
 
Demokratik.Az