Putinin gizli yaxtası üzə çıxdı

  • 26 yan 2016, 18:43
İngiltərədə yaşayan zəngin iş adamı "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçin Rusiya prezidenti Vladimir Putinə yaxta hədiyyə etdiyi ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, rusiyalı milyarder Abramoviç prezidentə bu yaxtanı 2002-ci ildə bağışlayıb. O zaman onun qiyməti 35 milyon dollar civarında olub. 

Bu haqda məlumat verən, bir vaxtlar dövlətə aid gəmiçilik şirkəti "Sovcomflot"u işlədən Dmitri Skarga uzunluğu 57 metr olan "Olympia" adlı yaxtanın alqı-satqısını özünün apardığını bildirib. Skarga həmçinin onu da qeyd edib ki, yaxta Putinə bir "offshore" şirkəti üzərindən verilib. Yaxtanın xərclərinin isə dövlət tərəfindən ödənilib. Bu hədiyyə dövlətə yox, şəxsən Putinə aid olduğu üçün uzun müddət varlığı gizli saxlanılıb. Abromoviçin vəkilləri və həmçinin rəsmi Kreml iddiaları rədd edib.

Bu günlərdə ABŞ Maliyyə Nazirliyi Rusiya liderini dövlətin sərvətini talamaqda və rüşvətxorluqda ittiham edib. Nazirlik rəsmisi Adam Şubin qeyd edib ki, Amerika hökuməti artıq uzun müddətdir ki, bu barədə məlumata malikdir.

"Biz onun öz dostlarını, yaxın tərəfdaşlarını zəngiləşdirdiyini müşahidə etmişik. Dost kimi görmədiyi insanları isə, dövlət mülkiyyətindən istifadə edərək təcrid edir. Rusiyanın enerji sərvəti, digər dövlət müqavilələrini bu işdə alətə çevirib. Özünə qulluq edənlərə maliyyə dəstəyi göstərir. Mənə görə bu rüşvətxorluq mənzərəsidir”, - deyə Şubin bildirib. 

O, Putinin 40 milyard dollar civarında sərvətə malik olduğunu bildirən nazirliyinn kəşfiyyat katibi Adam Şubin onu əsl sərvətini gizlətməkdə çox bacarıqlı olduğunu qeyd edib.
Putinin gizli yaxtası üzə çıxdı