“EurActiv”də Azərbaycanla bağlı məqalə yayılıb

  • 23 yan 2016, 09:58

Belçikanın geniş oxucu kütləsinə malik "EurActiv” xəbər portalında Azərbaycanla bağlı məqalə yayılıb. Azərbaycanda sərmayəçilər və turistlər üçün yeni imkanların açıldığı bildirilən məqalədə ölkədə iqtisadiyyatın şaxələndirilməsindən, turizmin inkişafı üçün görülən işlərdən bəhs edilir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin son günlərdə etdiyi çıxışlardan sitatlar gətirilir. Ölkənin əsas məqsədinin növbəti illər ərzində qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək olduğu bildirilir. Azərbaycan Prezidentinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, istər paytaxtda, istər regionlarda iş adamları üçün daha yaxşı şəraitin yaradılması, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılması və bürokratik əngəllərin aradan qaldırılmasının önəmi ilə bağlı fikirləri diqqətə çatdırılır.

Məqalədə Azərbaycanın cari ilin iyun ayında Formula 1 yarışlarına ev sahibliyi edəcəyi, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını keçirəcəyi bildirilir.

Oxşar xəbərlər