Dünyada ən sürətli internet hansı ölkədədir?

  • 06 dek 2015, 10:46

 

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni  hesabatında 2015-ci ildə dünyadakı ən sürətli internetə sahib ölkələrin siyahısı verilib.


Azərbaycan  siyahıda 67-ci sırada yerləşir.

Danimarkanı geridə buraxaraq birinci sırada yerləşən Cənubi Koreya interneti həm sürətli, həm də ucuz və yeni nəsil mobil xidmətləri ilə birlikdə təqdim edilir.  Cənubi Koreyada internetin bu qədər yüksək sürətdə olmasının digər bir səbəbi isə inkişaf edən texnologiya sektorudur.

 

Hesabatda Amerika Birləşmiş Ştatları 15-ci sırada, Azərbaycan isə 10 pillə yüksəlişlə 67-ci sırada yerləşir . Bu hesabat, internet sürəti, sabit internet abunə sayı və kompüter olan evlərin faizi əhatə edən xüsusi bir "ICT Development” Indeksi (IDI) ilə hazırlanıb. Buna görə də ölkələrə 10 bal üzərindən qiymət verilib.