10 min ildir buzlar altındaydı - Foto

  • 02 noy 2015, 16:32
Sibirin şərqindəki Yakutiyada  təxminən 10 min il əvvəl yaşadığı güman edilən iki mağara şiri balasının donmuş qalıqları üzə çıxarıldı.
 
Elm adamları  ilk dəfə  dağılmadan  qalmış mağara şirinin  qalıqlarını tapdıqlarını açıqlayıblar.
 
Qalıqların  mağara şirlərinin  nəslinin  hansı  səbəbdən  tükəndiyinin müəyyənləşdirilməsinə yardımçı olması gözlənilir.
 
Pantera adlı  nəsli kəsilmiş bir pişik növü olan mağara aslanları 10 min il öncə  buzlaşma zamanı   Sibirdə yaşayıb. Tapılan  aslan balaların qalıqlarının son nümunələr olduğu güman edilir. Hazırda Afrika və Asiyada yaşayan aslanların yaxın qohumu olan mağara şirlərinin kökü kəsilib.