Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:39 - 21.09.2019  
Ermənilərin oğurladığı Azərbaycan mahnıları - siyahı
Tarix: 24-07-2019, 10:53 | Bölmə: Xəbərlər » Maraqlı

"Arşın mal alan”dan "Tut ağacı”nadək...

Ermənilərin oğurladığı Azərbaycan mahnıları - siyahıAzərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz” mahnısı yenidən ermənilər tərəfindən oğurlanıb. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib.

Məsələ ilə bağlı xalq artisti bu cür reaksiya verib:

"Məncə, bizə o da azdır - hətta səhnədə olan bəzi ortabab səviyyəli ”müğənnicik"lər "Vokaliz” kimi caz-folk olan mürəkkəb əsərə ad qoyub, guya ələ salmaq istəyirdilər - "Takka tukka”.

Daha demirdilər ki, əvvəl icad etmək, sonra da ifa edə bilmək üçün anadan təzədən doğulmalıdırlar".

Qeyd edək ki, xalq artisti bu mahnın ilk dəfə 2001-ci ildə ifa edib. Mahnın səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğənnisi Vartuni Vartanyan da bu mahnın ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.

Ümumiyyətlə, bu günə qədər sonsuz sayda bəstəkar və xalq mahnılarımızın ermənilər tərəfindən oğurlandığının şahidi olmuşuq. Onlardan bir neçəsini təqdim edirik.

Bu cür mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı” mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. İlk dəfə rus müğənnisi onu "Ana” mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənnisi tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə "Tut ağacı” adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.

Azərbaycanın məşhur xalq mahnısı "Tut ağacı boyunca” mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Lakin maraqlı faktdır ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənnisi Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş "Boka” ləqəbli məşhur erməni müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - "Bu qala, daşlı qala”nı Azərbaycan dilində ifa etmişdi.

Əlixan Səmədovun balabanda ifa etdiyi bir çox məşhur mahnıları, o cümlədən "Sən gəlməz oldun”u Civan Qasparyan balabanda təkrarlayaraq, öz adına çıxarıb. Onun oğurladığı Azərbaycan mahnıları sırasında Tofiq Quliyevin "Sənə də qalmaz”, Rauf Hacıyevin "Saçlarına gül düzüm”, Cahangir Cahangirovun "Ay qız”, Emin Sabitoğlunun "Neyləyim”, Eldar Mansurovun "Melodiya” və "Gecə zəngləri” var.

Əməkdar artist Lalə Məmmədovanın məşhur "Məktəb illəri” mahnısı da erməni müğənnilər tərəfindən oğurlanıb.

Ötən il isə tarixən türk mahnısı kimi tanınan "Ninnə yarım” mahnısı ermənilər tərəfindən ifa edilərək, onlara məxsus mahnı kimi təqdim olunmuşdu. Xatırladaq ki, bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur "Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq, internet resuslarında öz adlarına çıxartmışdılar.

Təxminən 2003-cü ildə Rəqsanə İsmayılovanın ifa etdiyi "İnanımmı” mahnısı bir neçə il sonra erməni müğənnisi tərəfindən ifa edilib və müəllifi barədə məlumat verilməyib. Bu məqamda xatırladaq ki, adıçəkilən mahnını 2014-cü ildə Yeni il şənliyi ərəfəsində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov da ifa edib.

Beləliklə, ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olublar. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarlarının əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.

Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur "Yerevan” mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdi.

Bu barədə söz düşəndə isə Xaçaturyan deyirdi: "Müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır”.

Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan” operettasından "Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.

Bir faktı da qeyd edək ki, Xaçaturyanın "Armenin rəqsi”, "Karen və Nunenin rəqsi”, "Erməni-kürd rəqsi” və digər rəqslərin əslində erməniləşdirilmiş "Şalaxo” və "Uzundərə” rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.

Xəbər 627 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.98368] initstartout [0.00020] initstartin [0.00103] calstart [0.04473] calend [0.00074] topnewsend [0.01321] rsssend [0.00000] ehgend [0.09777] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.82504]