Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi

  • 15 iyun 2019, 08:18

Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.

Bu barədə tanınmış azərbaycanlı fəal Mete Kaya özünün facebook səhifəsində yazıb. O, Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin hava limanından Azərbaycana yola salındığını bildirib, Türk dünyasına və mərhumun ailəsinə başsağlığı diləyib.

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım iyunun 14-də İstanbulda vəfat edib. O, bir müddətdir ki xəstəxanada müalicə olunurdu.

Həlimə xanım Naxçıvanın Kələki kəndində dəfn olunacaq.

**

Həlimə xanımın cənazəsini Bakıya gətirən təyyarə gecə saatlarında hava limanına enib. Onun cənazəsini yaxınları və jurnalistlər qarşılayıb. Hava limanlnda olan jurnalist Azər Niftiyev bildirib ki, mərhumənin cənazəsini başqa bir təyyarə ilə Naxçıvana, Kələki kəndinə aparacaqlar.

Elçibəyin oğlu Ərturqut jurnalistlərə deyib ki, anası doğma kəndində dəfn olunmağı vəsiyyət edibmiş. Cənazənin qarşılanmasında iştirak edınlərin bəziləri hava limanlndan Kələkiyə yola düşüblər. Azər Niftiyev yazır ki, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.

Oxşar xəbərlər