Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:21 - 18.06.2019  
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
Tarix: 27-05-2019, 23:05 | Bölmə: Xəbərlər » Maraqlı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.

Səninlə fəxr edirik, Azərbaycan əsgəri!UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olaraq qarşılarına qoyduqları xeyirxah və nəcib vətənpərvərlik missiyasını layiqincə yerinə yetiriblər.

Aksiya iştirakçıları birliyin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Əvvəlcə hərbi orkestrin ifa etdiyi milli marşların müşayiəti ilə xalqımızın ümummilli lideri, Silahlı Qüvvələrin əbədiyaşar Ali Baş Komandanı Heydər Əliyevin qərargahın qarşısında gül-çiçəyə qərq olmuş bağçadakı büstü ziyarət olunub, qarşısına qızılgüllər düzülüb.

Aksiya iştirakçıları hərbi hissədə Heydər Əliyev mərkəzi, eləcə də hərbi qulluqçular üçün yaradılmış yüksək xidmət, məişət şəraiti ilə, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanıb, nizam-intizamın, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasının bir daha şahidi olublar.

Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində son illərdə qazanılmış uğur və nailiyyətlərdən geniş söhbət açıb, ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ordumuzun bütün xalqın övladı olduğunu və onun inkişafına müntəzəm qayğı və diqqət göstərməyin hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb. Qeyd edilib ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir və bütün ali məktəblərin, idarə və təşkilatların kollektivləri də bu aksiyaya qoşulmalıdırlar. Müharibə şəraitində yaşayan bir məmləkətin hər bir vətəndaşından barıt qoxusu gəlməli, bütün cəmiyyət vətənpərvərlik hissi ilə yaşamalı, "Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı ölkəni əhatə etməlidir.

General-mayor Xəqani Cəbrayılov qonaqları şəxsi heyət adından salamlayaraq bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib. Ulu Öndərin müdrik kəlama çevrilmiş fikirlərini tədbir iştirakçılarına çatdıran general deyib ki, həqiqətən Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də, biz bunu heç vaxt unutmur və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk edirik. UNEC-in bu təşəbbüsü, Ordumuza mənəvi dəstək verməsi hər bir Vətən müdafiəçisini daha böyük zirvələr fəth etməyə ruhlandırır.

Rektor professor Ədalət Muradov UNEC-in iyirmi min nəfərlik böyük kollektivi adından şəxsi heyəti 28 May Respublika Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən salamlayıb, hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb.

Professor torpaqlarımızın işğaldan azad edilməsi, Respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda UNEC-in kollektivinin də müsəlləh əsgər kimi hər bir əmrə müntəzir olduğunu diqqətə çatdırıb.

Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (vaxtilə bu ali məktəb Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu adlanırdı) 1973-cü il məzunu, Əməkdar artist Nizami Abdullayevin iştirakı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. "Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb.

Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.

Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub. Rektor Ədalət Muradov, Fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayev, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin direktoru Aqil Əzizov, Ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov, İqtisadi araşdırmalar elmi-tədqiqat institutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov, rektorun köməkçisi, ehtiyatda olan baş leytenant, iki zabit qardaşı olan Şamil Əliyev, təhsildə və ictimai işlərdə fəallıq göstərən tələbələr əsgərlər qarşısında çıxış edib, səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub.

Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının ilk qrupunun rəhbəri professor Ədalət Muradov cəbhəboyu bölgədən ayrılarkən döyüşçülər qarşısında çıxışını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi fikirlərlə tamamlayıb: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sirasındadır... Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir... Döyüş qabiliyyəti ən yüksək səviyyədədir... Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib”.

Səninlə fəxr edirik, Azərbaycan əsgəri!UNEC-in təşəbbüsü ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası 26 iyun - Silahlı Qüvvələr Gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.

Xəbər 440 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23241] initstartout [0.00019] initstartin [0.00092] calstart [0.01157] calend [0.00064] topnewsend [0.00514] rsssend [0.00000] ehgend [0.03615] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17702]