Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:18 - 21.07.2019  
Ermənilərin qənimi olan Bakı qoçuları…
Tarix: 15-05-2019, 20:41 | Bölmə: Xəbərlər » Maraqlı

1918-ci ildə türk ordusu Bakının xilasına yetişənədək şəhəri erməni hücumundan qorumaq çətinləşdi. Ermənilərin qənimi olan Bakı qoçuları…Bakı qoçuları həmin dövrdə xalqın imdadına yetişdi. Onlar ayrı-ayrı dəstələrə parçalanan Bakı qoçuları milyonçular və ziyalılarla birləşərək xalqın köməyindən istifadə etməklə şəhəri ermənilərin hücumundan qoruyurdular.Hadisələrin idarə olunduğu mərkəz isə "İsmailiyyə” nin binasında olub. Bakının müsəlman əhalisini qırğından xilas etmək üçün tək yol var idi. Qoçular, milyonçular, ziyalılar bir araya gəlməli idi. Belə də oldu. Həmin dövrü tədqiq edən tarixçilər deyirlər ki, şəhəri əhatəyə alan Qafqaz müsəlman ordusuna ən dəqiq məlumatları məhz qoçular verirdilər. Professor Musa Qasımlı buna sübut kimi o vaxt şəhərdə olan ingilis generalı Denstervilin xatirələrinə istinad edərək deyir ki, şəhəri işğaldan azad edən topçular dəqiqliklə atəş açırdı, memarlıq abidələrinə heç bir zərər gəlmirdi. Bu gün tarixdə Bakını ermənilərin hücumundan yalnız Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunun xilas etdiyi göstərilir. Biz bunu danmırıq. Lakin öz igidlərimizin də adını unutmayaq. Maştağalı Qoçu Nəcəfqulu da belə igidlərdən olub. 31 mart 1918-ci ilin qəhramanlarından biri Maştağalı Qoçu Nəcəfqulu 1918-ci ildə ermənilər Bakıya hücum edəndə öz vəsaiti hesabına aldığı xeyli silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə Türk ordusunun generalı Nuru Paşa onu ordenlə təltif edib.
Həmin günlər Qoçu Nəcəfqulunun evi, həyət-bacası döyüşlərdə yaralanmış, əzizlərini itirmiş insanların pənah yerinə çevrilibmiş: "Yaxınlarının ölümünə dözə bilməyən insanların gözü qarşısında əsir götürdüyü erməniləri öldürərək onların təsəlli almasına kömək edirmiş. Ermənilər müsəlman uşaqlarını süngüyə keçirib valideynlərinin gözü qarşısında əzabla öldürürdü. Qoçu Nəcəfqulu da onlardan bir neçəsini tutaraq diri-diri hamamın qazanxanasında yandırırmış. Deyirmiş ki, onlara normal ölüm haramdı, çünki insan deyillər. Qadınlarımızın namusuna toxunan iki erməninin taleyi isə diri-diri divara hörülmək olub.
Nəcəfqulunun adamları bircə nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Hamıya tapşırılmışdı ki, son gülləyədək vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın köməyinə çatdı. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü də bir neçə güllə yarası almışdı. Kürdəxanalı qoçu-Məşədi Adil də 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdu. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşdülər. Təsadüfi deyil ki, ermənilər Bakıda geniş miqyaslı qətliam törətsələr də kəndlərə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək şəhəri daşnaklardan şəhəri qorumuşdular.Türklər də Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirirdilər. Deyilənə görə, Məşədi Adil şəxsən Nuru paşa ilə görüşərək öz atını ona bağışlamışdı. Türklər Məşədi Adilə-” Paşa” titulu vermişdi.
Qeyd edək ki, hərarəti artan Məşədi Adil 1919-cu ildə Bakıda vəfat dib. Hazırda onun adına Kürdəxanıda küçə var.
Dağlı Musa 1888 ci ildə Bərmək (Quba xanlığı) mahalının Xızı kəndində anadan olub. Ləqəbi (ayaması) – "Dağ pişiyi” olub. Ailəsi 1900-cü ildə Bakıya köçüb.1918-ci ildə türk ordusu Bakıya gələndə (sentyabr) Nuru Paşa "Dağ pişiyi”nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı (leytenant) rütbəsi verilməsi haqqında fərman imzalayıb. 1920-ci ilin əvvəlində Nuru Paşanın dəvətilə Türkiyəyə gələrək, Ən-vər Paşaya təqdim edilib. Burada onun şərəfinə düzənlənən ziyafətdə Ənvər Paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub. 1934-cü ildə Türkiyədən Vətənə qayıdıb və az sonra Sumbat Topu-rudze tərəfindən həbs olunub.1956-cı ildə Bakıda vəfat edib. Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin ) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. 1914-cü ilin iyunun 19da Almaniya Rusiyaya müharibə elan etdi. Bu dövrdə Türkiyə Almaniya-Avstriya ittifaqına qoşuldu. Türkiyənin hərbi naziri Ənvər paşa və daxili işlər naziri Tələt paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə Qafqaza 60 türk zabiti göndərilmişdi. Türklər Qars və Batumi tərəfdən Qafqaza girdilər. Bu cəbhədə üçüncü türk ordusunun üç ordu korpusu özünün 11 diviziyası ilə iştirak edirdi. Baş komandan Ənvər paşa idi. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min adam salamat qalmışdı. 1916-cı ildə say etibarı ilə çoxluq təşkil edən rus qoşunları hücuma keçərək Ərzurumu və Trabzonu tutdular. Döyüşlər zamanı türklərdən çoxu əsir alındı. Onlardan təxminən 600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca acınacaqlı idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Belə bir vəziyyətdə Murtuza Muxtarov, İsa bəy Hacınski, Malbaş Yusif, Məşədi Ələsgər, Dağlı Musa, Qocu Nəcəfqulu və başqa imkanlılar əsirlərə çox köməklik göstərdilər. Dağlı Musa da öz köməyini əsirgəmədi. O, pulla türk əsirləri ruslardan satın alaraq öz doğmalarına qaytarmışdı.

Aynur Tağıyeva
AMEA-nın əməkdaşı
Xəbər 748 dəfə oxunub






Oxşar xəbərlər

Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13268] initstartout [0.00013] initstartin [0.00062] calstart [0.00684] calend [0.00040] topnewsend [0.00281] rsssend [0.00000] ehgend [0.02244] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09899]