Dahi Lenin - lənətlik Lenin - Qızıl Lenin /HEKAYƏ/

  • 07 fev 2019, 19:25

Heç inana bilərsinizmi ki, dahi rus ideoloqu Vladimir İliç Leninin büstü bir yəhudinin üç halda işinə yaraya. Bəli, məhz Leninin büstünü mənfəətə çevirməyi bacaran ağıllı yevreyin həyat hekayəsi ibrətamizdir...
(Məlum Hekayə aşağıdakı kimidir)
"Bir yəhudu Rusiyadan İsrailə köç etmək məcburiyyətində qalır. Gömrükdə yükü yoxlayarkən Leninin büstünü görüb soruşurlar:
- Bu nədir?
- Bu nədir deyil, bu kimdir deyə soruşmalı idiniz. Bu Lenindir, sosializmin banisi, Rus tarixinə yaxşılıqlar gətirən dahi. Mən bunu, bərəkətli günlərin xatirəsi kimi özümlə götürdüm.
- Tamam.
Ruslar onu buraxır, gömrüyü keçir.

Tel-Aviv hava limanında büstü görürlər və soruşurlar:
- Bu nədir?
- Bu nədir deyil, bu kimdir deyə soruşmalı idiniz. Bu Lenindir. Bu dəli caninin üzündən Rusiyanı tərk etmək məcburiyyətində qaldım. Büstünü özümlə götürdüm ki, hər gün baxıb lənət oxuyum.
- Tamam.

Yəhudi evinəgəlir, büstü mebelin üstünə qoyur. Gəlişi ilə əlaqədar doslarını dəvət edir. Doslardan biri büstü göstərib soruşur:
- Bu kimdir?
Yəhudi tez cavab verir:
- Bu kimdir deyil, bu nədir deyə soruşmaq lazımdır. On kiloqram qızıldır, vergisiz, gömrüksüz, ƏDV-siz".

Oxşar xəbərlər