Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:55 - 19.01.2019  
Səməd Vurğunun “saxladığı” fahişə
Tarix: 12-03-2018, 19:29 | Bölmə: Xəbərlər » Maraqlı

Başımın üstünü alan qara bulud etdiyi yaxşılıqları üzümə vurub məni avtobus dayanacağına kimi qovdu – elə bil o da soyuqlamışdı, burnunun suyu axır, arada bir-iki yağış da atırdı.

Səməd Vurğunun “saxladığı” fahişəİslanmayım deyə yaxamı kənara çəkib özümü ağacların altına atdım. Avtobus geciksə də, insanları izləmək üçün əlimə gözəl fürsət düşmüşdü. Sevgilisinin görüşünə tələsən qızların müvazinətini itirməsin deyə dikdabanı əlinə götürüb ayaqyalın yarışa çıxmağı isə xüsusilə görülməyə dəyər idi.

Hər kəsin harasa tələsdiyi vaxt bir xanım var idi ki, gözlərimdən qaçmadı, Səməd Vurğun bağının qarşısında dayanıb kimisə gözləyirdi. Gözlərimin ekranını səssizə alıb filmi uzaqdan izləməyə başladım. Əvvəlcə iki oğlan yaxınlaşsa da, çox çəkmədi, kor-peşman, gözlərini döyə-döyə ondan uzaqlaşdılar. Bu hadisə daha bir neçə dəfə təkrarlandı. Miskin mənzərə qarşısında, hiss elədim, nitqi tutulan təkcə mən deyildim – yaxında Səməd Vurğunun məğrur heykəli ucalırdı. Niyə, bilmirəm, mərhum şairin "Ceyran” şeiri yadıma düşdü.

Yerdən ayağını quş kimi üzüb,

Yay kimi dartınıb, ox kimi süzüb,

Yenə öz sürünü nizamla düzüb,

Baş alıb gedirsən hayana, ceyran?

Şeir yazdığı Ceyrana "quş” deməyi unutmayan şair, görünür, bu günü çoxdan duymuşdu.

On addım kənarda yatmayır təkə,

Gəzinir, oylağa baş çəkə-çəkə.

Gələn qaraltıdır, yoxsa təhlükə?

Bir özünə baxır, bir ona ceyran!

Şairin təkə (erkək keçi) dedikləri isə xanımın ətrafında pərvanə olan  bəylər idi desək, yəqin yanılmarıq. Ceyranın gəzdiyi ərazidən oylaq deyə bəhs edən Səməd Vurğun  həqiqətənmi adını daşıyan, bayaqdan hadisələrin cərəyan etdiyi bağın bu qədər yaşıl olacağını bilirdi?

Ovçu, insaf elə, keçmə bu düzdən!

O çöllər qızını ayırma bizdən!

Qoyma ağrı keçə ürəyimizdən, –

Qıyma öz qanına boyana ceyran!

Nə gözəl yaraşır Muğana ceyran!

"Qıyma öz qanına boyana ceyran!” deyən şair yəqin çox safdır, ceyranı hələ də bakirə olduğunu hesab edir.

Birdən ayıldım ki, düşüncə bataqlığına qərq olub aşağıya çəkilirəm. Özümü toplayıb vaxt itirmədən saata baxdım – baş redaktorumuz əsəbi biri olsa da, iş gözləyə bilərdi. Özümü toplayıb işıqforun yanmasını gözlədim, maşınlar yavaşlayanda sol ayağım məndən cəld tərpənib irəli düşdü. Xanıma yaxınlaşanda artıq həyəcan məni boğmaq üzrə idi. Məni qabaqlayıb yerim olub-olmadığını soruşdu, üstəlik qiymət deməyi də unutmadı. Məqsədimin bu olmadığını deyəndə gözlərindən necə məyus olduğunu hiss etdim. İstədiyi pulu verməyə hazır idim, qarşılığında isə sadəcə danışmaq, hekayəsini bilmək istəyirdim. Etdiyim təklifin zəlzələdən daha sarsıdıcı təsiri var idi. Çünki bu zamana kimi pulu ona danışmaq üçün yox, susmaq üçün verirdilər!

Sözlərə qənaət etmək istəyini yaxşı başa düşürdüm – səssiz-sədasız gözlərindən "hə” cavabını oğurladım. Yaxınlıqdakı kafelərdən birində əyləşib sifarişimizi verdik.

–          İki çay, zəhmət olmasa – ofisiant sözlərimi göydə tutub sifarişi gətirmək üçün getdi.

Nailənin (ad şərtidir) üzündəki ifadə xoşuma gəlmədi.

–          Üzr istəyirəm, düşündüm çay içərsiniz, başqa bir şey istəyirdiniz?

Cavab verməyə tələsmədi, onun yerinə siqaret yandırıb dodaqlarına pənah apardı.

–          Yox, sadəcə ailəm dünyasını dəyişəndən son ilk dəfə kimsə məni spirtli içkiyə yox, çaya qonaq edir – cavabın ağırlığı altında bir neçə saniyə əzildim. Nəhayət, şeytanın ayağını qırıb söhbətə davam etdim.

–          Deməli ailəniz dünyasını dəyişəndən sonra… – sualı bitirməyə qoymayıb siqaretin tüstüsünü üzümə üfürdü. Gözlərim yaşarsa da, təmkinli duruşumu pozmadım. Əllərini uzadıb yaddaşının tozlu rəflərindən xatirə dəftərini aldı.

–          Anam məni dünyaya gətirəndə rəhmətə gedib, atam isə məni göz bəbəyi kimi böyüdüb, bir dediyimi iki etməyib. O öləndə isə bütün dünyam başıma yıxıldı. Əvvəlcə içkiyə qurşandım, sonra bu zəhrimar siqaretə.

–          Necə oldu işləməyə başladınız, yolunuz Səməd Vurğun bağına necə düşdü? – üstüörtülü verdiyim sualın örtüyünü qaldırıb cavab verdi.

–          Onda hələ 17 yaşım var idi, sevdiyim oğlana qoşulub qaçdım. Düşünürdüm mən də ailə quraram, uşaqlarım olar. Həm də ki, onu atama oxşadırdım, çox zəhmli insan idi. Bir neçə ay bir yerdə yaşadıq, amma məni nə ailəsi ilə tanış elədi, nə də nikah bağladı. Sonrası məlum məsələdir, məcbur idim işləyib pul qazanım. Heç kimin mənə arxa çıxmadığı bir zamanda, bax, həmin o Səməd Vurğun idi ki, (heykəlini göstərir) mənə arxa çıxdı.

Birdən qəh-qəhə çəkib gülməyə başladı. Çaşqınlığımı gizləyə bilmədim, dolmuş gözlərimi silib soruşdum.

–          Niyə gülürsünüz?

–          Məgər necə şanslı olduğumu görmürsünüz? Hər gəlinə nəsib olmur onu Səməd Vurğun saxlasın…

 

Fərid Özay

Xəbər 1822 dəfə oxunub






Oxşar xəbərlər

Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17962] initstartout [0.00016] initstartin [0.00090] calstart [0.01191] calend [0.00063] topnewsend [0.00701] rsssend [0.00000] ehgend [0.01528] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14299]