Böyük birləşmə üçün 100 milyard dollar kredit!

  • 13 fev 2018, 12:04

Çip istehsalçısı olan "Broadcom” şirkəti uzun müddətdir əldə etməyə çalışdığı, eyni sektora aid "Qualcomm” şirkətini satın almaq üçün böyük miqdarda kredit cəlb edib.

 

İKT.lent.az-ın xəbərinə görə, "Broadcom” 12 maliyyə qurumundan toplam 100 milyard dollar kredit alıb. Kredit verən təşkilatlar bunlardır: "BofA Merrill Lynch”, "Citigroup”, "Deutsche Bank”, "JP Morgan”, "Morgan Stanley”, "Mizuho”, MUFG, SMBC, "Wells Fargo”, "Scotiabank”, "BMO Capital Markets” və "RBC Capital Markets”. Bundan başqa, "Silver Lake”, KKR və CVC firmaları da "Broadcom”a 6 milyard dollarlıq bond veriblər.

 

Kredit anlaşmasına iki "div”in birləşməsi tamamlandıqdan sonra reorqanizasiya xərcləri də daxildir.

 

"Broadcom” daha əvvəl "Qualcomm”a 121 milyard dollarlıq paket anlaşma təklif etmişdi. "Broadcom” CEO-su Hok Tan 121 milyard dollarla yanaşı, 8 milyard dollarlıq alqı-satqı xərcini də ödəməyə hazır olduğunu söyləyərək jurnalistlərə "bilirsiniz ki, mən xəsisəm”, demişdi. Lakin qarşı tərəf "ən yaxşı təklifiniz budur?” deyə ritorik sual ünvanlayaraq təklifə soyuq baxıb. Fevralın 14-də tərəflər arasında növbəti görüş olacaq. Bu görüş öncəsi "Broadcom” 100 milyardlıq kreditlə əlini gücləndirib.

 

 

Qeyd edək ki, "Broadcom” prezident Donald Trampın ölkə xaricindəki ABŞ şirkətlərini vətənə çağırmasına müsbət cavab verən qurumlardan biridir. H. Tan ABŞ-dakı vergi islahatını məmnunluqla qarşıladıqlarını və Sinqapurdakı mərkəzlərini yenidən Kaliforniyaya daşımağı planlaşdırdıqlarını açıqlayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər