Marsdan sonra yeni ümid

  • 05 fev 2018, 08:27
NASA mütəxəssisləri Saturnun ən böyük peyki olan Titanın atmosferində həyat əlaməti hesab ediləcək faktların aşkarlandığını bildirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Titanın səthində 200 km məsafədə mövcud olan akrilonitril, yəni vinil siyanit kimyəvi maddəsi həyatın əsası olan hüceyrələrin tərkibində əhəmiyyətli rola sahibdir. Tədqiqata görə, bu maddə peykin cənub qütbündə daha çoxdur və -179 dərəcə temperaturda damla şəklinə çevriləcək maye metan qazından ibarət göllərə düşür. 

Amanda Hendrix və Yuk Yunq Titanın insanın yaşaması üçün vacib olan bəzi enerji mənbələrinə sahib olduğunu demişdi. Ralf Lorenz isə Titanın Marsdan sonra insanın varlığını davam etdirə biləcəyi 2-ci yer olduğunu dilə gətirmişdi.

Oxşar xəbərlər