İspaniyada rusiyalı haker saxlanılıb

  • 19 yan 2017, 07:51
İspaniya hüquq-mühafizə orqanları İnterpolun sorğusu əsasında rusiyalı proqramçı Stanislav Lisovu saxlayıblar.
 

 

APA-nın məlumatına görə, bu barədə RT-yə proqramçının həyat yoldaşı xəbər verib.
 
Darya Lisovanın sözlərinə görə, onun əri Taqanroq şəhərində yaşayır, veb-saytların işlənib hazırlanması və texniki dəstəyi ilə məşğul olur. Məlumata görə, cütlük İspaniyaya istirahət məqsədi ilə gəlib. S.Lisova qarşı hələ ki, hər hansı ittiham irəli sürülməyib. Proqramçı Martorel şəhərinin həbsxanasına aparılıb.
 
Rusiyanın İspaniyadakı səfirliyi məlumatı təsdiqləyib.
 
Xatırladaq ki, ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.
 
Demokratik.Az
Oxşar xəbərlər