Verilməyən maaş, sələmə götürülən pul və xəstə ata...

  • 10 avq 2016, 20:16

Azərbaycan voleybolunun "qara günlü” idmançıları...

Ölkə  mətbuatının gündəmini zəbt edən Azərbaycanın kişilərdən ibarət voleybol yığması ilə Vileybol Federasiyası arasındakı qalmaqal hələ də davam etməkdədir. 

Rastlaşdıqları  problemlər barədə komandanın əsas heyətində çıxış edən idmançıların demək olar ki, hər biri açıqlama versə də baş məşqçinin kənarda qalması diqqət çəkir.  Bizimyol.info-ya verdiyi məlumatda milli yığmanın məşqçisi Fərid Cəlalov əvvəllər komandanın kapitanı olaraq oyunlara da çıxdığını söyləyib.  O, yeganə azərbaycanlı kişi voleybolçu olub ki, çempionlar liqasının qalibi olan Almaniya komandasının tərkibində oynayıb. Təəssüflər olsun ki, həmin dönəmdə yenə də Azərbaycan Voleybol Federasiyasının buraxdığı səhv, yəni sənədləşmə işlərində yaratdığı problemə görə Fərid Cəlalov xarici komandada oynamaqla bağlı ciddi problemlər yaşayıb. Təkarar yerli komandaların oyunlarına  çıxıb, ağır zədələnən idmançı həm də düzgün müalicə olunmayıb. Bu səbəbdən o, böyük idmanı tərk edib,  məşqçi kimi fəaliyyətə başlayıb. 

Qaldı onun hazırda baş verənlərə tez-tez münasibət bildirməməsinə, söhbət zamanı aydın oldu ki, Fərid Cəlalovun atası çox ciddi və ağır xəstəlikdən əziyyət çəkir. Ailəyə yeganə qazanc gətirən adamın Fərid olduğuna görə və artıq aylardır əmək haqqını federasiyadan ala bilmədiyi üçün o, məcburiyyət qarşısında atasının müalicəsinə görə sələmə pul götürüb. Vəsaitin digər hissəsini isə uzun illərdir tanıdığı dostlardan əldə edib. 

Anlayacağımız yaradılan süni problemlər üzündən atasının dərmanını ala bilməyən milli yığmanın baç məşqçisi sələm və borc ödənişi kimi şəxsi işlərlə məşğuldur. O da digər komanda yoldaşları kimi bu məsələnin tezliklə çözüləcəyinə ümidvardır. Ölkə başçısı və digər cavabdeh şəxslərdən məsələyə ciddi və ədalətli reaksiyalar olacağından əmindir. 


Onu da qeyd edək ki, ötən həftə kişilərdən ibarət voleybol milli yığması Azərbaycan Prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, habelə Voleybol Federasiyasının rəhbərliyinə acınacaqlı vəziyyətləri barədə ölçü götürülməsi haqda müraciət ediblər.
Oxşar xəbərlər