Ata öz oğlunu güllələdi-Biləsuvarda

  • 18 iyul 2016, 18:10
Biləsuvarda ata oğlunu güllələyib.

Demokratik.Az DİN-ə istinadən bildirir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi "İJ-58" markalı tüfəng götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər