Şəmkirdə qadın döyülüb

  • 08 mart 2016, 21:45
Şəmkirdə döyülmə faktı qeydə alınıb. 

APA-nın məlumatına görə, rayonunDüyərli kənd sakini, 1990-cı il təvəllüdlü Ulduz Qurbanova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
 
Məlumata görə, U. Qurbanova boşandığı həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər