Yevlaxda 75 yaşlı kişi güllələnib

  • 08 mart 2016, 00:28
Yevlaxda 75 yaşlı kişi güllələnib.
 
APA-nın Qarabağ müxbirinin xəbərinə görə,  hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.
 
İnsident qəsəbənin mərkəzi küçəsində fəaliyyət göstərən ət mağazasında qeydə alınıb. 1982-ci il təvəllüdlü Musa Rzayev həmyerlisi, 1941-ci il təvəllüdlü Adil Rüstəmovla borc üstündə mübahisə edib. O, mübahisədən sonra mağazanı tərk edən A. Rüstəmovu arxadan  ov tüfəngi ilə güllələyib.
 
Kürək nahiyəsindən aldığı yaradan A. Rüstəmov hadisə yerində dünyasını dəyişib. M. Rzayev hadisəni törətdikdən sonra hüquq mühafizəçilərinə təslim olub.
 
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər