19 yaşlı qız bacısına 140 bıçaq zərbəsi endirdi

  • 24 fev 2016, 19:15
Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli ailə cinayəti baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, psixoloji müalicə alan 19 yaşlı qız 17 yaşlı bacısına 140 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.  

Hadisə fevralın 24-nə keçən gecə Pulkov küçəsində baş verib.

Bacısını qərlə yetirən 19 yaşlı qızı 15 ilə qədər həbs cəzası gözləyir.  

Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər