Mənzildən kişi meyiti tapılıb

  • 06 yan 2016, 19:55

Bakıda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1971-ci il təvəllüdlü Eduard Yevgeneviç Sapojnikovun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. E.Sapojnikovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Oxşar xəbərlər