Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:32 - 10.12.2019  
Alman polisinə müqavimət göstərən hamilə Azərbaycan qadını - FOTO
Tarix: 27-11-2019, 10:25 | Bölmə: Xəbərlər » Kriminal

"300 azərbaycanlı deportasiya olundu, biz isə”...

Alman polisinə müqavimət göstərən hamilə Azərbaycan qadını - FOTOAlmaniyanın "onetz.de” saytında gedən foto-şəkil diqqətimi çəkir. Bəlkə də "qan çəkir” ifadəsi belə bir məqamda daha çox yerinə düşərdi. Fotoda 5 nəfər yer alıb. Ana, ata, onların 2 oğlu və 1 qızı. Bu hələ hamısı deyil. Elnarə Quliyeva hamilədir. Hər şey qaydasında getsə, gələn ilin yanvarında Elnarə xanımın ikinci qız övladı dünyaya gələcək. Ancaq o, uşağın harada doğulacağı bəlli deyil. Söhbət ondan gedir ki, 6 il əvvəl Almaniyaya sığınmış bu ailəni Azərbaycana deportasiya etmək haqqında qərar verilib. Təsəvvür edirsizmi? 6 il Almaniyada ümidlə yaşa, gözlə və sonra... sənə desinlər ki, haradan gəlmisizsə oraya da dönməlisiz...

Fotodakı insanlarla siz də tanış olun: 33 yaşlı Elnarə, 36 yaşlı Cəfər, 13 yaşlı Cavanşir, 11 yaşlı Elnur və 2 yaşlı Veronika-Kristiana.

Bu ailə Almaniyanı tərk etməlidir. Ancaq hələ də ümid var. Belə ki, Quliyevlər ailəsi 2006-cı ildə Münhendə Daxili İşlər Nazirliyinin nəzdində yaradılan Bavariya Ağır Hallar Komissiyasına müraciət edib. Əgər komissiya bu ailə ilə bağlı müsbət qərar çıxarsa onlar Almaniyada qalmaq haqqına sahib olacaqlar. Əks təqdirdə, Almaniyanı tərk etməkdən başqa yol qalmayacaq...

"Almaniyada yaşayan azərbaycanlılar deportasiya olundu”, "Almaniyada sığınacaq ala bilməyən azərbaycanlı intihar etdi”... bu qəbildən olan başlıqlar Azərbaycan mətbuatında tez-tez gözə dəyir. Bəli, soydaşlarımız Almaniyaya axışır. Orada oturum almaq üçün bəzən müxalif partiyalardan saxta sənədlər də götürülər. Təbii ki, bu kimi sənədləri almaq da xeyli vəsait tələb edir. Hələ Avropaya "viza” açdırmaq üçün bir ətək pul vermək də lazımdır. Bəzən insanlar ev-eşiyini satıb ölkədən gedirlər. Bu işə görə ciddi şəkildə borca girənlər də az deyil...

Əminəm ki, Almaniya saytının söhbət açdığı bu ailə də oxşar çətinliklərdən keçib. Nə yazıq ki, 6 ildən sonra da bu çətinliklər başa çatmayıb...

"Ana, polis buradadır", böyük oğlu Cavanşir Whatsapp üzərindən ona mesaj göndərib. Ana isə hamilədir. Yanvarın 14-də dördüncü uşağının doğulacağı gözlənilir. Bu, yüksək riskli bir hamiləlikdir, buna görə də o, oktyabrın 11-dən üzü bəri Amberg klinikasında qalırdı. Oğlunun bu mesajından təxminən on beş dəqiqə sonra, Regensburgun Mərkəzi İmmiqrasiya İdarəsinin əməkdaşları, tibb işçiləri və polis içəri daxil oldu. Onlar bu vəziyyətdə olan qadını da Bakıya gedən 300 azərbaycanlı ilə birlikdə deportasiya etməkdə qərarlı idilər. Hamilə qadını da xəstəxanadan çıxarıb təyyarəyə çatdırmaq istəyirlər...

"Ağrı çəkdiyim üçün doğum otağında idim", deyə qadın göz yaşları içində xatırlayır. Daha sonra evdə nə baş verdiyini öyrəndim. Həyat yoldaşım Cəfərə qandal vurublar, Cavanşir və Elnuru başqa bir otağa salıblar, onlar isə hər şeyi açar dəliyindən izləyirmiş. Yalnız iki yaşlı Veronika-Kristiana yatıbmış...

Ana deyir ki, xəstəxanada deportasiyaya olunmağına müqavimət göstərib, hələ bu dünyaya gəlməmiş qızının taleyinə görə çox qorxurub...

Özüm də mühacirəm. 15 ildən çoxdur ki, İsveçrədə yaşayıram. Bu işin içində olduğuma görə, əminliklə deyə bilərəm ki, Elnarə xanım müqavimət göstərməsəydi onu da digər 300 azərbaycanlı kimi Bakıya yola salacaqdılar. Ancaq kritik vəziyyətdə olduğuna görə ona toxunmayıblar. Əks-təqdirdə, kimsə onun göz yaşına məhəl qoymayacaqdı...

Bu yaxınlarda Almaniyadan İsveçrəyə geri göndərilmiş bir ailə ilə bağlı qəzetdə bir məqalə oxudum. Deməli, ailə Bakıdan İsveçrəyə gəlib, buradan isə Almaniyaya gedib. Bir il sonra məlum olub ki, ailə öncə İsveçrədə olub. Dublin sazişinə görə sığınacaq almaq istəyən şəxs qədəm qoyduğu ilk Avropa ölkəsində sığınacaqla bağlı rəsmi orqanlara müraciət etməlidir. Ona görə də həmin ailəni Almaniyadan İsveçrəyə göndəriblər. Ən pisi isə odur ki, həmin ailənin də xanımı hamilə imiş. Almaniyada həkim qadına rəsmi arayış verib ki, o, hamiləliyi ağır keçirir. Heç bir halda o, uzaq səfərə çıxa bilməz. Buna baxmayaraq, Almaniya polisi gecə ilə həmin ailəni maşınla İsveçrəyə gətirib. Əlavə gərginlik qadının səhhətinə pis təsir edib və körpə tələf olub. Daha sonra tələf olmuş körpəni müsəlman qəbiristanlığında dəfn etmək üçün min bir əziyyətə qatlaşıblar. Sonda Türkiyədən olan soydaşlarımıza üz tutublar. Onların köməyi ilə dəfn üçün münasib yer tapıblar...

Biləsiz ki, mühacir həyatının bu kimi dəhşətli yaşantıları da ola bilər. Bəs Quliyevlər ailəsinin axırı necə olacaq? Kimsə bu suala birmənalı cavab verə bilməz. Almaniya saytı yazır ki, bu ailə Almaniya cəmiyyətinə gözəl inteqrasiya olunub. Alman dilini yüksək səviyyədə öyrəniblər. Bakıda polis nəfəri olmuş Cəfər bir müddət Almaniyada da işləyib.

O da ümid vericidir ki, bu ailəni himayə edən xeyli alman var. Onlar çalışırlar ki, Quliyevlər ailəsinə Almaniyada sığınacaq verilsin.

Bugünlərdə isə Elnarə Quliyeva xəstəxanadan buraxılıb. Polisin geri qayıdacağı qorxusu bu ailəni hələ də kabus kimi izləyir. Polis bildirib ki, deportasiya qərarının hökmü dayandırılıb. Əlbəttə, bu, müsbət hadisədir. Ancaq Quliyevlərlə bağlı Almaniyanın müvafiq orqanları son olaraq hansı qərarı verəcək? Ümidvaram ki, hər şey yaxşı olacaq. Bu boyda müsibətdən sonra başqa cür olmamalıdır...

https://www.onetz.de/oberpfalz/amberg/abschiebung-kreisssaal-heraus-id2907112.html?fbclid=IwAR2Dg13Tx2KMWV4I26TZBcu57rUejZVYBTTO-5qgiufuBkQwBbCs4AqCrog

 

ff.jpg (30 KB)

Elbəyi Həsənli, Sürix

Xəbər 496 dəfə oxunub






Oxşar xəbərlər

“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28425] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00925] calend [0.00052] topnewsend [0.00454] rsssend [0.00000] ehgend [0.01883] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24959]