Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:53 - 21.01.2019  
Fədayə Laçına və digərlərinə hökm oxunub
Tarix: 27-12-2018, 08:16 | Bölmə: Xəbərlər » Kriminal

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən müğənni Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fədayə Laçına və digərlərinə hökm oxunubKonvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6 ay, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

"Qoca”nın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

*****

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Fasilə zamanı Fədayə Laçın "Xatırlayarsan məni” mahnısınl oxumağa başlayıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında müğənni Fədayə Laçının 6 il, Əli Ağaminin 20 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, "Qoca”nın tanışları və ona qaçmaqda kömək edənlər – Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Ə.Ağamiyə bu iş üzrə 11 il cəza istəyib, o, qətldə təqsirləndirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Buna görə cəzalar birləşdirilməklə ona ümumi 20 il cəza istəyib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 529 dəfə oxunub






Oxşar xəbərlər

Şuşanın icra başçısı Donald Trampın avtomobilində gəzir - FOTOLAR
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11993] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00807] calend [0.00048] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.00529] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10159]