Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:17 - 20.11.2018  
Gəncədə terrora hazırlaşan iki nəfər məhv edildi
Tarix: 5-11-2018, 08:41 | Bölmə: Xəbərlər » Kriminal

DTX-nin zərərsizləşdirdiyi adamların iyulun əvvəlində şəhərdə terror törədən ekstremist qruplaşmaya bağlı olduqları ehtimal edilir...

Gəncədə terrora hazırlaşan iki nəfər məhv edildiDövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 4-də Gəncədə anti-terror əməliyyatı keçirib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Musavat.com qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat verir ki, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata  keçirilib.

Məlumatda daha sonra qeyd olunur: "2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilmişlər. Hadisə yerindən 1 ədəd ”Kalaşnikov" avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1" əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Gəncədə terrora hazırlaşan iki nəfər məhv edildi

Musavat.com xatırladır ki, 2018-ci il iyulun 3-də həmin vaxt Gəncə şəhər icra hakimiyyətinin başçısı olan Elmar Vəliyevə qarşı terror həyata keçirilib. Belə ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada qeyd edilirdi ki, Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

O da bəyan edilib ki, Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Gəncədə terrora hazırlaşan iki nəfər məhv edildi

İyulun 10-da axşam saatlarında isə Gəncədə iğtişaş törətməyə cəhd edən bir qrup dini-radikal yönümlü şəxslər  şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstərmişdi.

Rəsmi məlumatda bildirilirdi ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb...

Bu hadisələrdə iştirakçı olan xeyli sayda şəxs həbs edilib. Həmçinin, ötən müddətdə məlum terror və iğtişaş cəhdlərində iştirak edən şəxslər onların tutulması ilə bağlı keçirilən əməliyyatlarda silahlı müqavimət göstərdikləri üçün məhv edilib.

Ölkədə növbəti terror planlaşdıran və noyabrın 4-də Gəncədə anti-terror tədbiri zamanı məhv edilən Rüstəm Rzayevin və Famil Ələkbərovun iyulun 3-də və 10-da törədilmiş terror və təxribatlarda iştirakçı olub-olmamaları da maraq doğurur. Hələlik bu barədə rəsmi açıqlama olmasa da, onların Yunis Səfərovun və məlum olaylarda iştirak edən digərlərinin bağlı olduğu radikal cərəyana aid olduqlarını da ehtimal etmək olar.

Xəbər 435 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10760] initstartout [0.00011] initstartin [0.00058] calstart [0.00764] calend [0.00042] topnewsend [0.00365] rsssend [0.00000] ehgend [0.01194] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08274]