Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:14 - 17.01.2019  
Bakını pis günə qoymuş məmurlar hədəfdə
Tarix: 13-10-2018, 09:39 | Bölmə: Xəbərlər » Kriminal

Prezidentin tənqidləri BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovun vəziyyətini pisləşdirib; onunla birlikdə pozuntulara yol vermiş şəxslər də cavab verməli olacaqlar...

Bakını pis günə qoymuş məmurlar hədəfdəDövlət başçısı İlham Əliyev oktyabrın 10-da ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında bir çox vacib məsələlərə toxunub. Onlardan biri də, Bakıda qanunsuz-nizamsız tikilən binalarla bağlı olub. Prezident bu sahədəki vəziyyətlə bağlı ciddi  xəbərdarlıqlar edib. Bu qanunsuzluqlara yol vermiş dövlət qurumlarının fəaliyyətini sərt formada tənqid edib və belə hallar davam edəcəyi təqdirdə aidiyyatı şəxslərin məsuliyyətə cəlb ediləcəyini dilə gətirib. Sitat: "Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur.

Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

Prezident həmçinin bildirib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik: "Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.

Qeyd edək ki, ölkə başçısının vurğuladığı nöqsanlar əsasən Hacıbala Abutalıbovun vaxtında baş verib. Əgər Bakıda tikilən qanunsuz tikililərlə bağlı hər hansı cinayət işi başladılsa, o zaman ilk məsuliyyət daşıyanlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov ola bilər. Bəs görəsən, prezident İlham Əliyevin bu çıxışından sonra Hacıbala Abutalıbovu nə gözləyir?

"Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran hüquqşünas Əkrəm Həsənov da Hacıbala Abutalıovun bu qanunsuzluğa cavabdeh  şəxslərdən biri olduğunu bildirib: "Əlbəttə, dövlət başçısının çıxışından elə bu nəticə çıxır ki, qanunsuz əməllərə yol verənlər arasında əsas rol məhz Bakı Şəhər İcra Hakimiyyətinindir və ən azı formal olaraq, BŞİH-in sabiq rəhbəri Hacıbala Abutalıbovundur. Təbii ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, korrupsiya, rüşvətxorluq və sairlə bağlı faktlar üzə çıxsa, Bakı Şəhər İcra Hakimiyyətinin və digər orqanların rəhbərləri və günahkar işçiləri buna görə cavab verməlidirlər”.

Əkrəm Həsənov bir məqamı da diqqətə çatdırdı ki, Hacıbala Abutalıbovun real səlahiyyəti bir çox hallarda formal olaraq qol çəkməkdən ibarət olub: "Onu da nəzərə almaq lazımdır ki, ictimaiyyətə də bəlli olduğu kimi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri bir çox məsələlər üzrə müstəqil qərar qəbul etmirdi. İcra hakimiyyətində bu cür məsələlər üzrə ondan da nüfuzlu, rəhbər vəzifəli şəxslər otururdu. Faktiki olaraq, bir sıra hallarda Hacıbala Abutalıbovun rolu formal olub, yəni qol çəkməkdən ibarət  olub. Mən bu barədə ictimaiyyət arasında mövcud olan fikrə əsaslanıram. Bu təsdiqini tapsa, onun məsuliyyəti bir qədər az ola bilər, bu işləri görənlər daha çox məsuliyyət daşıya bilər. Mən bunları deməklə onun məsuliyyətini azaltmaq istəmirəm. Formal da olsa, imza atmaq, qanunsuzluğa qol qoymaq özü də qanun pozuntusudur”.

Hüquqşünasın fikrincə, dövlət başçısının çıxışından sonra cinayət işi açılarsa, H.Abutalıbovla yanaşı vaxtilə pozuntulara yol vermiş və hələ də orada qalıb çalışan şəxslər də cavab verməli olacaqlar: "Sadəcə olaraq, məhkəmələrimizdə hüquqi şəxslər və şirkətlərlə bağlı belə bir praktika var ki, əgər həmin qurumda direktorun və ya rəhbərin rolu formaldırsa, yalnız imzalamaqdan ibarətdirsə, onun məsuliyyəti ya heç yoxdur, ya da azdır. Ancaq söhbət dövlət qurumunun rəhbərliyindən gedirsə, heç bir məsuliyyətin olmamasından söhbət gedə bilməz. Əgər belə bir cinayət işləri açılsa, böyük ehtimalla Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbərliyi də, vaxtilə pozuntulara yol vermiş və hələ də orada qalıb çalışan şəxslər də cavab verməlidirlər”.

Demokratik.Az

Xəbər 552 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16854] initstartout [0.00015] initstartin [0.00094] calstart [0.01163] calend [0.00062] topnewsend [0.00431] rsssend [0.00000] ehgend [0.02669] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12340]