Aydın Abbasov Bakı Aeroportunda saxlanılıb

  • 26 avq 2018, 18:58

Abbas Abbasovun oğlu Aydın Abbasov saxlanılıb.

AzPolitika.info-nun yaydığı məlumata görə, Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bu gün Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

 

Sayt məlumatı rəsmi və digər mənbələrlə dəqiqləşdirməyə çalışdığını qeyd edib.

Sabiq deputat Aydın Abbasovun saxlanmasının Gəncə hadisələri ilə bağlılığı ola biləcəyi ehtimal olunur.

Demokratik.Az

Oxşar xəbərlər